adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Aprel 2019 10:32
8924
GÜNDƏM
A- A+

Prezidentin tapşırığı ilə İrana göndərilən humanitar yardımın SİYAHISI

Azərbaycan tərəfindən İrana göndərilən humanitar yardım gün ərzində çatacaq.

Bunu fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə bildirib.

F.Tağızadə deyib: "Humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, "Katerpiller", "Komatsu" markalı iki ədəd ekskavator daxildir. Yardımın ümumi dəyəri 950 min manatdır".

Ümumi dəyəri 950 min manat olan humanitar yardım Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayından İrana yola salınıb.

Qeyd edək ki, humanitar yardım Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından İranda aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar göndərilir.

İranda baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.