adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Aprel 2019 17:24
4667
GÜNDƏM
A- A+

122 nəfərə 5,3 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 122 şəxsə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan güzəştli mənzillərin alınması üçün 5,3 milyon manat məbləğində ipoteka krediti verilib.

Fonddan Adalet.az-a verilən məlumata görə, aprelin 1-nə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin maliyyələşdirilməsi üçün verilən ipoteka kreditlərinin məbləği 15,4 milyon manat (353 ədəd) təşkil edib.