Faiq QİSMƏTOĞLU: ... BEŞ-ON MANIS-MUNUS...

FAİQ QİSMƏTOĞLU
38366 | 2019-04-09 14:59

Adam özəl televiziya kanallarına baxanda qanı durulmaq əvəzinə dahada qaralır. Başqa ölkələrin televiziyalarında millətin dərdindən, sərindən,ağrısından-acısından danışırlar, bizim özəl kanallarda isə hər gün çalıb-oynamaq,bir-birilə məzələnmək, nə başınızı ağrıdaq, vur-çatlasın çıxarırlar! Və buvur-çatlasın da bir gün olmur ey, hər gün davam eləyir. Heç elə bil bu xalqtorpağının 20 faizini itirməyib. Heç elə bil bu xalqın, millətin Qarabağ boydadərdi-səri yoxmuş...

Ay rəhmətliyin uşağı, kimdi ey torpaq dərdini çəkən?! Yox, elə bil səhvelədim, bir az tələsdim. Torpaq dərdini çəkənlər var. Hətta onun yolunda şəhidolanlar da! Elə torpağını itirənlərin hamısı yuxularında yurd yerlərini, dədələrininməzarlarını, müqəddəs ocaqları görəndəqalxıb zülm-zülm ağlayır. Xüsusən də yaşlı nəsil, ona necə şəraityaratsan da, yenə öz torpağında yaşamağı və ölməyi arzulayır. Bu da hələ kiyurdunu itirmiş insanlara qismət olmayıb...

Elə bunu yaddan çıxarmaq üçün televiziyalarda hər gün vur-çatlasın,çal oynasındı. Adə, qoyma ey, kimsə fikirləşsin. Fikirləşər birdən yadına Ağdamdüşər, Füzuli düşər, Laçın düşər, Şuşa düşər... Və onda da bir az hər şeyağırlaşar...

Televiziyaların nəyinə lazımdır ey bunlar?! Onlara Mikayıl Güləddinoğlunun"gəldim ey, gəldim” deyə musiqili verilişi lazımdı. Daha doğrusu, bu cürverilişlər elə televiziyaların özlərinə pul və reytinq qazanmaq üçün çox gərəklidir.Reytinq üçün özəl kanallar nəyi desən qurban verməyə hazırdır. Görəsən, vətəndəndə, torpaqdan da şirin müqəddəs bir şey varmı? Yəqin ki, olmasa bəzi özəlkanallar dəridən-qabıqdan çıxmazlar.

"SPACE” televiziyasında hər həftə Mikayıl Güləddinoğlunu "Ad günü”verilişi efirə gedir. Allah canlarını sağ eləsin... Və həmişə də ortalıqda olanon-on beş müğənnidir. Bu on-on beş müğənni də tay camaatı boğaza yığıblar.Düzdü, onların arasında istedadlıları və kifayət qədər nüfuzu olanlar da var.Amma tay həftə səkkiz-mən doqquz bu beş-on müğənnini efirə çıxarıb camaatıngözünü mazol eləməyin nə mənası olur? Azərbaycan musiqisi üç-dördmanıs-munusdan ibarət deyil. Və Azərbaycan mədəniyyəti də deyəndə heç birmanıs-munus yada düşmür. Yada düşən 50 il bundan əvvəl şedevr əsərlər vəmusiqilər yaratmış və yüz illər də bundan sonra yaşayacaq böyük sənətkarlardı.O böyük sənətkarların adlarını sadalamaq istəmirəm. Çünki adlarını sadalasam,çox böyük bir siyahı alınar. Allah dünyasınıdəyişənlərə rəhmət eləsin, sağlara isə can sağlığı versin! Və bir dəböyük sənətkarlar heç vaxt ölmürlər. Çünki onların əsərləri, ifaları səslənəndəhər gün, hər saat yenidən bu böyük sənətkarların səsi, nəfəsi duyulur...

Və "SPACE” TV-nin bu cür veriıişlərində ifası və səsi olmayan müğənnilərinheç birisi musiqisevərin və musiqidən az-çox xəbəri olanların yadında qalmır.Yadında qalsa ən yaxşı halda təzə paltarları, bir də şit və bayağı hərəkətləridir.Beş-on müğənni var ki, onların villalarını, maşınlarını, zəngin həyat tərzlərinicamaatın gözlərinə soxurlar. Evini-eşiyini, varını-dövlətini camaatın gözünəsoxan o manısı da mən kamil insan saymıram. Çünki nə o villa, nə o maşın insanaəbədi verilmir. Və əbədi verilməyən bir şeyi isə xalqın gözünə soxmaq görməmişlikdənbaşqa bir şey deyil. Bunlara baxanda mənim olmayan ətim də tökülməyə başlayır.

Azərbaycan mədəniyyəti təkcə beş-on manısdan və bir-iki aktyordanibarət deyil. Azərbaycan mədəniyyətinin yazıçısı var, şairi var, xanəndəsi var,bəstəkarı var, rəssamı var, memarı var, heykəltaraşı var... Bir dəfə də heçolmasa hörmətli Mikayıl Güləddinoğlunun verilişində belə istedadlı, vətənpərvəradamları görsək dünya dağılmaz ki?! Vallah, dağılmaz! O verilişə Ramiz Rövşən,Seyran Səxavət, Vaqif Cəbrayılzadə dəvət olunsa, onların reytinqi də heç omanısların reytinqindən az olmaz.

Dəfələrlə görmüşəm ki, Mikayıl Güləddinoğlu Ramiz Rövşənin şeirlərinisəsləndirib. Ramiz Rövşən mənim ən çox sevdiyim şairlərdəndi. Onun "Şükür”şeirini hər gün üç-dörd dəfə ürəyimdə əzbər deyirəm və hər açılan səhərə, hərudduğum havaya, hər yediyim tikəyə, görməyimə, danışmağıma, eşitməyimə, yeriməyimə...şükür eləyirəm!..

Təkcə imkanlı manısları efirdə göstərmək lazım deyil. Ev-eşiyiolmayan, ya da çətin şəraitdə yaşayan müğənnini də, şairi də, yazıçını da,aktyoru da göstərmək olar. Ölkədə hamı yağ-bal içində üzmür ha! Vallah, elə müğənnivar ki, o, efirdə görsənənlərdən dəfələrlə istedadlı və qabiliyyətlidir. Sadəcəolaraq, abır-həyası, isməti olduğu üçün ora-bura cumub pul qazana bilmir.Ora-bura cumub pul qazana bilsə, o da olar o biri manısların tayı...

Mənim bu sözlərim heç də Mikayıl Güləddinoğlunun xətrinə dəyməməlidir.Çünki onun özü də istedadlı oğlandır. Sadəcə olaraq, istəsə yeni mövzular vəformatlar da tapa bilər. Görünür, "SPACE” də hər şey istedaddan və peşəkarlıqdanibarət deyil.

Ümumiyyətlə, "SPACE”nin "Xəbərlər” proqramı da çox bərbad gündədi. Xəbəraparıcıları elə sürətlə danışırlar ki, elə bil bir atlı onları qovur, ya da rəhmətlikHacıbaba Hüseynovun sözü olmasın, ağızlarını əriştə yandırıb. Sözlərağızlarından tökülür. Hər hansı xəbəri dinləyəndə ha özünü toplayırsan ki, onuanlayasan, aparıcı elə sürətlə danışır ki, fikri tuta bilmirsən.

Sözümüzün canı ondan ibarətdir ki, hər bir televiziya verilişi hərbir evin qonağıdır. Evə gələn qonaq öz oturuşunu-duruşunu bilməyəndə, ev sahibiona üz göstərmir. Yəni deyir ki, ağzına yiyəlik eləyə bilmirsən, bir də mənimevimə gəlmə! O qonaq da ev yiyəsinin qırımını başa düşür, hətərən-pətərəndanışdığını hiss edir və bir də o qapını açmır. Televiziya aparıcıları datamaşaçıların əsəbləri ilə oynamamlı, tez-tez gözümüzü mazol eləyən müğənniləricamaatın gözünə soxmamalı və normal bir veriliş hazırlamalıdılar.

Aparıcılar reytinq məsələsini də tez-tez camaatın başınaqaxmamalıdır. Biri deyir bir milyon izləyicimiz var, biri deyir üç milyon izləyicimizvar, biri də deyir ki, mənim verilişim ən sevilən verilişdir. Verilişləri kütləninzövqüylə yox, ziyalıların, savadlı və elmli adamların zövqüylə hazılamaqlazımdır. Qoy ona bir dəfə baxmasınlar, iki dəfə baxmasınlar. Axırda kütlə overilişə baxmalı olacaq. Biz kütlənin səviyyəsinə enməyə yox, kütləni xalqın,milli dəyərlərə, əxlaqa və vətənə sevgi səviyysinə qaldırmağa borcluyuq.


TƏQVİM / ARXİV