adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Aprel 2019 14:53
12882
ELM VƏ TƏHSİL
A- A+

Həmidə xanımın ev muzeyi ziyarət edildi

Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi ilə əlaqədar tədbirlər çərçivəsində Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professor-müəllim heyəti və tələbələrindən, tanınmış jurnalistlərdən ibarət qrup bugünlərdə Agcabədi rayonunun Kəhrizli kəndində olmuş, burada milli mətbuat və demokratik hərəkat tariximizlə bağlı ünvanları ziyarət etmişdir.

Fakültənin kafedra müdiri, mollanəsrədinşünas professor Allahverdi Məmmədli redaksiyamıza bildirdi ki, demokratik jurnalistikamızın əsaslarını inkişaf etdirərək azərbaycançılıq ideyalanın yayılmasını milli mətbuatımızda və ədəbiyyatımızda yaradıcılıq məktəbi səviyyəsinə qaldırmış böyük Mirzə Cəlilin XX əsrin əvvəllərində fasilələrlə xeyli müddət yaşıdığı və fəaliyyət göstərdiyi, həyat yoldaşı Həmidə Məmmədquluzadənin atası Əhməd bəy Cavanşirə məxsus mülkdə yerləşən ev-muzeyini və ədibin sevimli qardaşı, Səttar xanın və Xiyabaninin yaxın silahdaşı olmuş Mirzə Ələkbərin 1922-ci ildən burada uyuyan məzarını ziyarət etmək kollektivimizin çoxdakı arzusu idi. Milli Məclisin Ağcabədi rayonundan seçilmiş deputatı, "Ədalər” qəzetinin təsisçisi yazıçı-publisist Aqil Abbasın, QHT Forumu İdarə Heyətinin sədri, Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimovun və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Aqzərbaycan Mətbuat Şurası sədrinin birinci müavini Umud Mirzəyevin mənəvi dəstəyi, nəhayət, bu arzunu gerçəkləşdirməyə imkan yaratdı.

Müsahibimiz daha sonra bildirdi ki, Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı, sonuncu Qarabağ xanının nəticəsi Həmidə xanımın ocağını ziyarət edən qrup Cəlil Məmmədquluzadə ilə bağlı son tədiqatları əks etdirən müxtəlif elmi kitabları burada fəaliyyət göstərən muzeyə hədiyyə etdilər. Cəlil Məmmədquluzadənin bioqrafiyası ilə sıx bağlı muzeylə yaxından tanışlıq və ədibin qardaşı Mirzə Ələkbər Məmmədquluzadənin məzarını ziyarət səfərin iştirakçılarında dərin təəssürat yaratdı, yaradıcı qrupa maraqlı yazılar üçün mövzular verdi.