adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
09 Aprel 2019 14:51
8278
MƏMLƏKƏT
A- A+

“Azəriqaz”dan əhaliyə xəbərdarlıq

Son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında, əsasən də Yasamal rayonu ərazisində özünü "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış Smart-kart tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya smart kartların "vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin "problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edir.

Bu barədə "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyytətlə əlaqələr şöbəsindən Adalet.az -a verilən məlumatda qeyd olunub. Bildirilib ki, inandırıcı olması üçün qeyri-qanuni akt tərtib edərək abonentlərə təqdim edirlər:

"Bununla bağlı istehlakçıların nəzərinə çatdırırıq ki, Birliyin işçiləri mənzillərdə yerləşən qaz sayğaclarına profilaktik baxış və xidmət göstərəcəyi zaman "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı olduğunu təsdiq edən xidməti vəsiqə tələb edilməlidir. Həmçinin, öz xidməti vəsiqələrini təqdim etdikdən sonra yerlərdə göstərdikləri bütün xidmətlər ödənişsizdir və tərtib etdikləri xüsusi nömrəli aktlar isə sarı, qırmızı və göy rəngdə olmaqla üç nüsxədən ibarət tərtib olunaraq, qırmızı rəngli akt abonentə təqdim edilir. Sonda bir daha bildiririk ki, sadalanan qeyri-qanuni hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər".