adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Aprel 2019 10:04
14129
DÜNYA
A- A+

Çində qar uçqunu olub - 10 nəfər qarın altında qalıb

Çinin Sintzyan-Uyğur muxtar rayonunda qar uçqunu baş verib.

Qar uçqunu nəticəsində 10 nəfər qarın altında qalıb.

Bildirilir ki, hazırda xilasetmə əməliyyatı aparılır. Qarın altında qalan insanlardan 1-i yüngül, 1-i isə ağır xəsarətlər alıb. Onların "GPS"i, təxminən bir sutkalıq yeməkləri və peyk telefonları var.

Qeyd edilir ki, peyk telefonunun vasitəsilə qarın altında qalan şəxslər xilasedicilərlə əlaqə qururlar.

Məlumata əsasən, xilasetmə əməliyyatında 2 helikopter cəlb edilib.