Binəqədidə “Jeep” yanıb
Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
Adalet.az FHN-ə istinadən xəbər verir ki, "Jeep” markalı minik avtomobilinin salon və mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.