adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Aprel 2019 17:11
19322
SİYASƏT
A- A+

Rəsmi Bakıdan “NATO açıqlaması” - “Kiminsə qərəzliliyindən xəbər verir”

"Bu günlərdə bəzi kütləviinformasiyavasitələrindəyayılan"Azərbaycan NATO üzv ölkələri üçün öz ərazisindən keçən dəhlizi bağlayır” ifadəsihəqiqətə uyğundeyil. Vəziyyətin aydınlaşdırılması məqsədilə qeyd etmək istərdik ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisinivermir. Burada söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu "Qətiyyətli Dəstək” missiyasının üzvlərinəölkəərazisindən, o cümlədən quru, hava və su məkanındansözügedən missiya çərçivəsində müvafiq yük daşımalarının həyata keçirilməsiüçün müvafiqimkanınıntəmin edilməsindəngedir”.


Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.


Onun sözlərinə görə, belə bir təcrübə 2001-ci ildən mövcuddur.

"Bu imkanların təmin olunmasıüçünNATO üzv ölkələrinin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləriikitərəfli əsaslarda nəzərdən keçirilir. Sözügedən müraciətlərə Azərbaycan tərəfininmüvafiq qayda və proseduralarına uyğun olaraq, eləcə dətərəfdaşlığın təməlini təşkil edəndövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıqprinsipləriəsasında baxılır”.


L.Abdullayevanın sözlərinə görə, bugünədək Azərbaycan məhz bu prizmadan yanaşaraq NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyasına, eləcə də ümumiyyətlə bölgədəki sülh və təhlükəsizliyə öz töhfəsini verib.

"ABŞ vədigərNATO ölkələriƏfqanıstanauçuşlarını məhz Azərbaycan ərazisindən istifadə etməklə həyata keçirirlər. Digər tərəfdən, bu günAzərbaycan trans-regional əlaqələndirmə ölkəsi kimi tanınır. Azərbaycan ərazisinin quru və suməkanıüzərindən tranzit imkanları yaradılıb.2017-ciildən etibarən fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti vəötən ildənƏlət Beynəlxalq Dəniz Limanınıntam fəaliyyətə keçməsi bu xüsusdayeni imkanlar açıb. Bir neçə NATO üzv ölkələri Əfqanıstana yük daşımalarını məhz bu yollardan istifadə etməklə təmin edirlər. Bütün bu qeyd olunanların müsbət dəyənləndirilməsinin davamı olaraqcari ilin4 aprel tarixində Vaşinqtonda NATO Başkatibi mətbuat konfransında açıqlama ilə çıxış edərək qeyd etmişdir ki, AzərbaycanAlyansın yaxın tərəfdaşıdır və ölkəmiz beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq edir. Baş katib,həmçinin Azərbayanın NATO-nun "Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini qeyd edib,bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Əfqanıstana daşımalar zamanı istifadə olunduğu və bu dəmir yolununAlyansın "Qətiyyətli Dəstək” missiyasına mühüm töhfə verdiyini vurğulayıb.Vurğulamaq istərdik ki,Baş katib NATO ölkələrinin kollektiv mövqeyini təqdim edirvəBaş katibin sözügedən bəyanatı da məhz bu əsaslarda verilib”.

L.Abdullayeva deyib ki, bununla yanaşı, son günlərAlmaniya mətbuatına sızılmış məlumatlar və ittihamlar anlaşılmazlıq yaratmaqla yanaşı,kiminsə qərəzliliyindən xəbər verir.

"Əsassız ittihamları özündə əks etdirən bu məlumatlarkonkret faktlara əsaslanmır.Bir daha bildiririk ki, Azərbaycan müvafiq tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq NATO üzv ölkələri ilə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır.

Almaniya KİV-ə sızılmış məlumata istinadən müşahidə etdiyimiz uydurma kampaniya yanlışdır və Azərbaycan haqlı olaraq gözləyir ki, Almaniya hökuməti müvafiq şəkildə özü bu məsələni cavablandıracaqdır. AzərbaycanNATO üzv ölkələrininmüraciətlərinə bundan sonra da müvafiq şəkildə baxmağa davam edəcəkdir”.