adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Aprel 2019 19:45
14368
DÜNYA
A- A+

Rusiya Krım uğrunda döyüşlərin sənədlərini yaydı

Rusiyanın Müdafiə Nazirliyi Böyük Vətən müharibəsi illərində Krım uğrunda döyüşlərə dair sənədləri yayımlayıb.

Adalet.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında informasiya yerləşdirilib.

Üzərindən məxfilik qrifi götürülmüş sənədlər əvvəllər yalnız bir sıra tarixçilər üçün əlçatan olub. Sənədlərin böyük hissəsi Sevastopol, Simferopol, Sudak, Yalta və Kerç uğrunda döyüşlərə dair məlumatlardan ibarətdir.

Rusiya MN sənədlərin üzərindən məxfilik qrifinin götürülməsi qərarının Krım şəhərləri uğrunda döyüşlərin nə qədər qanlı olduğunu göstərmək və tarixin saxtalaşdırılmasının qarşısının alınması üçün qəbul edildiyini açıqlayıb.

Qeyd edək ki, Krıma hücum əməliyyatı 1944-cü ilin aprelin 8-də başlayıb. Nəticədə yarımada tamamilə alman-nasist ordusundan azad edilib.