Faiq QİSMƏTOĞLU: CƏHƏNNƏMƏ GEDƏN YOL

FAİQ QİSMƏTOĞLU
42030 | 2019-04-08 16:55

Vallah,adam bəzən elə yer, elə yol görür ki, sanki o yol elə cəhənnəmə gedən yola bənzəyir.Bir çoxları soruşacaqlar ki, ay müəllim, sən cəhənnəmə gedən yolu harda görmüsən?İndi də ağzına gələni danışırsan. Düzdür, mən cəhənnəmə gedən yolu görməmişəm.Amma müqəddəs "Qurani-Kərim”də buyurulub ki, cəhənnəmə gedən yolda çox nazikbir körpü var – Sirat körpüsü! O körpüdən keçəndə günahı olmayanlar çoxasanlıqla keçəcəklər. Günahı olanlar isə cəhənnəmdə düşüb qalacaqlar...

Bax,bizim məmləkətimizdə də elə yollar var ki, bu Sirat körpüsü qədər çətin və əzablıbir yoldu. O yolun birini mən 15 il bundan qabaq Kürdəmir rayonunun Ərəbqubalıkəndinə, dostumuzun atasının yasına gedərkən görmüşəm. Bakıdan Kürdəmirə olanyolu 2 saata getdik. Amma Kürdəmirdən o kəndə düz bir saat yarım çala-çuxur yollarlakeçib getməli olduq. Yol bizi necə bezdirdisə, yanımdakı dostuma dedim ki, birdə bu kəndə elə o dostumuz rəhmətə gedəndə gələcəm. Dostumuz da kəndə gedib-gəlməkdənlap təngə gəlmişdi. Axırda hər şeydən bezdi, sonra Almaniyaya köçdü. Tay bilmirəm,indi o kəndə gedən yol düzəldilib ya yox, ancaq bildiyim odur ki, yazıq Ərəbqubalıkəndinin sakinləri hər gün cəhənnəmi gözləri ilə görməli olurlar. Qışdapalçıqdan, yayda isə toz-torpaqdan o yolda nələr çəkdiyini bir özləri bilir,bir də Allahları.

İkincibir əzablı yol isə İmişli rayonunun Bəhramtəpə qəsəbəsindən Biləsuvar rayonunagedən yoldur. Bu yol hələ 20 il bundan qabaq bərbad günə düşmüşdü. O vaxt buyolu gedib Biləsuvara çatana qədər adamın anasından əmdiyi süd burnundantökülürdü. Amma indi bu yolu gedənlər ötənvaxtlara şükür edirlər. Məsələn, deyirlər ki, 10-15 il bundan qabaq 30-35 km məsafəni40-50 dəqiqəyə getmək olurdu. Onda bir-iki çala-çuxur vardı. İndi həraddaımbaşı yolda çala-çuxurlar, yarğanlar yaranıb. İndi oğul lazımdı ki, buyolu gündüz vaxtı yox, gecə vaxtı keçib gedə bilsin. Bütün maşınların"içi-çalatı” bu yollarda sökülüb dağılıb. Və buyolları da bərbad günə qoyan iritonnajlı, normadan artıq yük daşıyan yükmaşınları olub. Onlar normadan dəfələrlə artıq maşınlara yük yığdıqlarına görə,yollar da belə dağılaraq pis günə düşüb.

Bu yoladi yol deyildi. Çünki bu yol İmişlidən keçib Biləsuvara gedir ordan da İran sərhəddinə,gömrük- keçid məntəqəsinə uzanır. Son vaxtlar İran İslam Respublikasına buistiqamətdə gedənlərin sayı daha da çoxalıb. Onlar çoxalsa da, bu yollar həmininsanlara hər gün, hər an əzab-əziyyət verir. Ancaq neyləmək olar, başqa çıxışyolu yoxdur. İmişlidən, Füzulidən, Beyləqandan, Ağcabədidən, Ağdamdan, Tərtərdən...İrana hər gün gedən insanlar məcbur olub bu yoldan keçməlidilər.

Bir dəfəoğlumla Təbrizə gedirdik. Və Təbrizə getmək üçün də mamam oğlu Tehranla Biləsuvarınİranla olan sərhəd-keçid məntəqəsində görüşməliydik. Biz iki saat yarıma keçidməntəqəsinə çatdıq. Mamam oğlu Tehran isə düz iki saatdan çox idi ki, Biləsuvar-İmişliyolunda hərəkət edirdi. Çatmaq bilmirdi ki, bilmirdi. Axırda gözləməkdən bezibona zəng vurdum:

- Ay mamamoğlu,harda qalmısınız?

O isə əsəbihalda telefonda səsləndi:

- İkisaatdan çoxdu ki, bu xaraba qalmış yoldayıq. Cəmi üç-dörd kilometr məsafəqalıb. Bir azca döz, indi çatıram.

Mən dəelə səbrli adam deyiləm. Düşündüm ki, 3-4 kilometri beş-on dəqiqəyə arxadaqoyub gəlib çatar. Baxdım ki, düz yarım saat keçib. Yenidən ona zəng elədim:

- Aymamaoğlu, nooldu, yarım saat keçdi hələ gəlib çıxmamısan?

Tehranmamaoğlu əsəbləşmədən:

-Dayıoğlu, bu yol itin günündədi, vallah, gəlirik. Sürücünü də qınamalı deyil. Həmqaranlıqdı, həm də addımbaşı çala-çuxurdu. Yazıq sürücü də o çalaya, bu çalayadüşə-düşə gəlir...

Axır ki,çətinliklə də olsa mamaoğlu gəlib çatdı. Və sonra da yana-yana dedi:

-Dayıoğlu, bilirsən bu yolla gedib gələndə nə zülm çəkirik? Allaha and olsun, mənimşoferlərə yazığım gəlir. Heç bu verdiyimiz pul onların xarab olan maşınlarınınucuz bir hissəsini ödəmir. Kimə deyirsən ki, İmişlidən Biləsuvara gedək, daşatıb başını tutur və deyir: "Qardaş, hara deyirsən səni aparım, bircə o dediyinyerdən başqa. Gərək o yolu getsəm, maşın darmadağın olsun”.İndi güclə bizi birigətirib. O da geri dönməyini gözünün qabağına gətirəndə canını qoymağa yertapmır...

Mənmamam oğlunu dinləyəndən sonra Ərəbqubalı camatı kimi İmişli-Biləsuvar yolunugedən sürücülərə və sərnişinlərə də lap yazığım gəldi. Yazığım gəldi ki,dünyanın bu yaxşı vaxtında yazıq bu camaat bu yolu gedəndə hansı müsibətlə üzləşirlər.Və onlar da bu müsibətləri hər tərəfdə danışsalar da, desələr də, di gəl ki,onların səsi yuxarılara gedib çatmır.

Deyirikyəqin nə İmişli rayon icra hakimiyyətinin başçısı, nə Biləsuvar rayon icrahakimiyyətinin başçısı, nə də digər səlahiyyət sahibləri bu yolla gedib-gəlirlər.Heç onların bahalı maşınları bu yollara çıxmaz da. Yəqin onlar gedib-gəlsəydiçoxdan İmişli-Biləsuvar yolu digər yollarımız kimi tikilərək istifadəyəverilmişdi. Ona görə də biz camaatın səsini və giley-güzarını İmişli və Biləsuvarrayon icra hakimiyyətinin başçılarına, eləcə də Azərbaycan Avtomobil YollarıDövlət Agentliyinə çatdırırıq. Qoy bu onların xəbəri olsun ki, İmişli-Biləsuvaryolu necə bərbad gündədir.

Ölkəprezidenti cənab İlham Əliyev avtomobil yollarının tikintisi üçün hər il nə qədərvəsait ayırır. Çox güman ki, əlaqədar qurumlar bu məsələləri gündəmdəsaxlayacaq və bərbad gündə olan İmişli-Biləsuvar avtomobil yolu əsaslı surətdəyenidən inşa ediləcəkdi. Bizim buna çox böyük inamımız və ümidimiz var.

Ənazından ona görə ki, cənab prezident həmişə bu xalqa, bu millətə arxa durub,onların probleminin həll edilməsinə dəstək olub. Sadəcə olaraq, bir yada salanlazımdır ki, İmişli-Biləsuvar yolu bərbad gündədir və bundan da o yoldanistifadə edən insanlar çox əziyyət çəkirlər. Daha doğrusu, o yolu gedib-gələnlərinanalarından əmdiyi süd burunlarından tökülür.


TƏQVİM / ARXİV