adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Aprel 2019 14:56
15856
DÜNYA
A- A+

SAAKAŞVİLİ PASPORTUNU GERİ TƏLƏB EDİR

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks qubernatoru Mixail Saakaşvili tələb edib ki, Ukrayna prezidenti Pyotr Poroşenko prezident seçkilərinin ikinci turunadək onun vətəndaşlığını bərpa etsin və pasportunu geri qaytarsın.

«Pyotr Alekseyeviç, siz deyirsiniz ki, artıq dəyişmisiniz və qanunlarla işləmək istəyirsiniz. Ona görə də sizə çox sadə bir test təklif edirəm. Təxminən iki il əvvəl mənim ölkədə olmamağımdan istifadə edərək qanunlara zidd olaraq vətəndaşlıqdan məhrum etmisiniz. Ona görə də qanunların aliliyini bərpa etmək üçün mənim Ukrayna pasportumu geri qaytarın və mənim Ukraynaya gəlməyimlə bağlı qadağanı ləğv edin».

Saakaşvili daha sonra video müraciətini əlavə edərək bildirib ki, Poroşenkoya prezident seçkilərinin ikinci turunun keçirilməsinə kifayət qədər zaman qaldığı üçün 24 saat vaxt verməyib.

Xatırladırıq ki, 2017-ci ilin iyul ayının axırlarında Ukrayna prezidenti Poroşenko Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Saakaşvilinin bununla bağlı Ukrayna məhkəmələrinə etdiyi şikayət ərizəsi bu günədək baxılmamış qalır.

MEHRİBAN