adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Aprel 2019 14:55
16463
DÜNYA
A- A+

PREZİDENTƏ QARŞI ÇIXAN NAZİR İŞDƏN ÇIXARILDI

ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri Kristen Nilsenin istefası ilə bağlı qərarını açıqlayıb. «DTN-ın rəhbəri Kristen Nilsen vəzifəsini tərk edir. Mən göstərdiyi xidmətə görə ona təşəkkür edirəm»- deyə Ağ Evin başçısı Twitter səhifəsində paylaşıb.

DTN-in vəzifəsinin müvəqqəti icrası immiqrasiya və gömrüyə nəzarət xidmətinin rəhbəri Kevin Makelinenə tapşırılıb.

Nilsen özü bildirib ki, vəzifəsini bir neçə gündən sonra tərk edəcək. «Bu təhlükəsizliklə bağlı işlərin pozulmaması məqsədilə mənə verilən təklifi qəbul etməyimlə bağlıdı».

Milli Təhlükəsizlik üzrə Nümayəndələr Palatasının komitə sədri Benni Tompson Kristen Nilsenin daxili təhlükəsizlik naziri vəzifəsində olmasını lap əvvəldən fəlakət adlandırıb. Onun fikrincə, sərhəd təhlükəsizliyi və immiqrasiya siyasəti Nilsenin vəzifədə olduğu müddətdə böhrana səbəb olub. Və o, Trampın miqrasiya siyasətinin əleyhinə hərəkət edib.

Tramp dəfələrlə Amerika-Meksika sərhədlərinin bağlanacağı ilə bağlı bəyanatlarla çıxış edib. Nilsen isə bunun əleyhinə olaraq prezidentin göstərişlərinə əməl etməyəcəyini bildirib.