adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Aprel 2019 14:53
8092
MƏMLƏKƏT
A- A+

BİR MAHNI DA BELƏ DƏBƏ DÜŞDÜ

İki gündü rayondayam, bəzi çox vacib, ciddi hadisələrdən xəbərim yoxdu. Şəhərdə gedirəm, görürəm bütün maşınlardan səs də veriblər bir mahnı gəlir: «Görən deyir…». Sürücüdən soruşuram ki, bu nə məsələdi, hamı bu mahnıya qulaq asır?

Gülüb deyir:

- Məllim, xəbərin yoxdu, Afət Fərmanqızı day moddan düşdü, indi hamı buna qulaq asır.

Sonra internetdə tapdım, mən də qulaq asdım.

Yaxşı, kanal səhv eləyib (istədim qələt yazam, qorxdum məni məhkəməyə verələr, MTRŞ-nın kanala kəsdiyi maddi cəzanı mən ödəyəsi olam), bəs siz niyə bunu yayırsınız? Həmişə yazmışam, yenə yazıram : söyüşü söyənlə çatdıran əlli-əlliyədi.