adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Aprel 2019 12:39
18434
KRİMİNAL
A- A+

Bakıda xadimə işlədiyi mənzildən 40 min manatlıq qızıl-zinət oğurladı

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb.

Araşdırma aparılır.