adalet.az header logo
  • Bakı 11°C
08 Aprel 2019 09:55
14863
DÜNYA
A- A+

Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi - SƏBƏB?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Trend-in məlumatına görə, bu barədə "Resmi gazete” nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Rusiyaya səfəri ilə əlaqədardır. Bildirilir ki, səfər çərçivəsində türkiyəli liderin rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti bu gün Rusiyaya səfər edəcək.