adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Aprel 2019 17:10
59500
HÜQUQ
A- A+

Bakıda özünü məktəb binasından atan şagirdin ölümü ilə bağlı cinayət işi başlanıb

Bakıda 3 gün əvvəl özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin ölümüilə bağlı cinayət işi başlanıb.

Bakı şəhər Prokurorluğundan Adalet.az-a verilən məlumata görə, faktla bağlı cinayət işiSəbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Bakının Səbail rayonunun162 saylı orta məktəbininVIII sinif şagirdi YelenaHacıyeva aprelin 4-də təhsil aldığı tədris müəssisəsinin 3-cü mərtəbəsindən özünü atıb. O, müxtəlif xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.