adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Aprel 2019 12:35
7170
GÜNDƏM
A- A+

Yol polisindən sürücülərə dövlət atributları ilə bağlı XƏBƏRDARLIQ

"Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyət təşkil edir”.

Bunu Modern.az saytına açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib.

Şöbə rəisi bildirib: "Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir. Dövlət atributlarından yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür”.

Rüfət Quliyev qeyd edib ki, dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur.