adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 Aprel 2019 10:16
18410
SİYASƏT
A- A+

Azərbaycan və Ermənistan XİN başçıları nə vaxt görüşəcək?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin birinin paytaxtında baş tutacaq.

Adalet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, hazırda görüşün tarixi ilə bağlı danışıqlar aparlır.

Mətbuat katibi xatırladıb ki, martın 29-da Vyanada Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə qəbul olunmuş birgə bəyanatda yaxın zamanlarda iki ölkənin xarici işlər nazirləri arasında görüş keçirilməsi ilə bağlı razılığa gəlindiyi qeyd olunub:

"Bununla əlaqədar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüssel səfəri çərçivəsində belə bir açıqlama ilə çıxış etdi ki, nazirlərin qarşıdan gələn görüşü barədə razılaşma əldə olunub və belə bir görüş yaxın zamanlarda həmsədr ölkələrinin birinin paytaxtında baş tutacaq. Konkret görüşün vaxtına gəlincə, bu məsələ Bakı və Yerevan arasında razılaşdırılandan sonra bəyan ediləcək".