adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Aprel 2019 10:10
5708
HADİSƏ
A- A+

Özünü yandıran kişi xəstəxanada öldü

Aprelin 2-də Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdə özünü yandıran şəxs xəstəxanada dünyasını dəyişib.

Aprelin 2-də içki aludəçisi olan Dadaşov Kamil İmaddədin oğlu özünü ailə üzvlərinin gözü qarşısında yandırıb.

Bədəninin 70 faizi yanan K. Dadaşov əvvəl Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Onun vəziyyəti ağır olduğundan Bakı şəhər 5 nömrəli xəstəxanaya göndərilib. Həkimlərin səylərinə baxmayaraq o 4 gündən sonra dünyasını dəyişib.

Mərhumun meyidi aidiyyatı üzrə təhvil verilib. (ONA)