adalet.az header logo
  • Bakı 18°C
05 Aprel 2019 16:26
15101
ELM VƏ TƏHSİL
A- A+

“Strateji Menecment Məktəbi” layihəsi başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondu və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Strateji Menecment Məktəbi” layihəsi başa çatıb.

 Layihənin əsas məqsədi ölkəmizdə gənclərin biznes, iqtisadiyyat, xüsusən də idarəçilik sahəsində inkişaf etməsi və gənclərin bu sahə ilə bağlı maariflənməsi olub. Layihə çərçivəsində ilkin mərhələdə gənclərə müxtəlif mövzularda peşəkar, təcrübəli təlimçilər tərəfindən "Strateji Menecment", "Risk Menecment", "Biznesə başlamanın yolları", "Marketinq", "Büdcə planlaşdırılması", "İnsan Resurslarının idarə edilməsi" mövzularında təlimlər keçirilib. Təlim sessiyaları yekunlaşdıqdan sonra layihə iştirakçıları komandalar şəklində "Strateji Menecment” virtual simulyasiya oyununda yarışıblar. Simulyasiya oyunu strateji idarəetmə istiqamətində təşkil olunub. 

 Layihənin sonunda Simulyasiya oyununun qalib komandaları müəyyənləşib. İştirakçılar layihə haqqında fikirlərini bölüşüb və layihədən nə qazandıqları haqqında təəssüratlarını qeyd ediblər. Sonda müxtəlif hədiyyələrlə mükafatlandırılıb və layihə iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.