adalet.az header logo
  • Bakı 17°C
05 Aprel 2019 14:53
14040
İDMAN
A- A+

Stolüstü tennis üzrə azyaşlılar arasında Azərbaycan birinciliyinə yekun vurulub

Aprelin 2-4-də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən 2004-cü il təvəllüdlü və azyaşlı tennisçilər arasında Azərbaycan Birinciliyi başa çatıb.

Federasiyadan Adalet.az-a verilən məlumata görə, qızların komanda oyunlarında Şəki komandası I, Sumqayıt-1 II, Sumqayıt-2 komandası isə III yeri tutub.

Oğlanların komanda yarışlarında Bakı-1 komandası I, Bakı-2 II, Sumqayıt-1 komandası III yerə layiq görülüb.

Qızların qoşa yarışlarında Ləman Abdülhəmidova və Fidan İranpur I, Zemfira Mikayılova və Xədicə Əbilzadə II, Arzu Aslanova və Mərziyyə Nürmətova III yerin sahibi olublar.

Oğlanların qoşa yarışlarında Kənan Pənahov və Xaliq Becanov I, Emin Məmmədov və Rüstəm Hacılı II, Hüseyn Eylazov və Toğrul Məhəmmədov III yeri qazanıblar.

Qarışıq qoşa yarışlarda Kənan Pənahov və Ləman Abdülhəmidova I, Emin Məmmədov və Səbinə Məmmədova II, Hüseyn Eylazov və Fatimə Cəfərova III yeri tutublar.

Qızların şəxsi oyunlarda Mərziyyə Nürmətova I, Ləman Abdülhəmidova II, Arzu Aslanova III yerə layiq görülüb.

Oğlanların şəxsi görüşlərində Emin Məmmədov I, Kənan Pənahov II, Adil Əhmədzadə III yeri tutub.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Stolüstü Tennis Federasiyasının kubok və mükafatları təqdim edilib.