adalet.az header logo
  • Bakı 18°C
05 Aprel 2019 13:42
26893
GÜNDƏM
A- A+

Pakistanın Hərbi Dəniz Akademiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan, Banqladeş, Səudiyyə Ərəbistanı və Malayziya HDQ-nin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, tanışlıq səfəri çərçivəsində kontr-admiral Muştaq Ahmedin başçılıq etdiyi heyət Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazası və Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib, eləcə də aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.