ƏHMƏD DAVUDOğLUNUN QARŞISINA AZƏRBAYCAN BAYRAğI çIXARTDILAR

AQİL ABBAS
32667 | 2009-09-19 01:05
Türkiyədə durum "Qordi düyünü"nə dönüb. Hökumət kələfin ucunu itirib. Düyünü açmaq mümkünsüz hala gəlib. Hər şeyin adını "açılım" qoyublar: "kürd açılımı", "demokratik açılım", "Ermənistan açılımı", "Kipr açılımı" və sair və ilaxır. "Aça-aça" gedirlər, amma heç nəyi də aça bilmirlər.
   
   Türkiyədə durum "Qordi düyünü"nə dönüb. Hökumət kələfin ucunu itirib. Düyünü açmaq mümkünsüz hala gəlib. Hər şeyin adını "açılım" qoyublar: "kürd açılımı", "demokratik açılım", "Ermənistan açılımı", "Kipr açılımı" və sair və ilaxır. "Aça-aça" gedirlər, amma heç nəyi də aça bilmirlər.
   
   Əsrin əvvəlində də Türkiyə belə bir duruma düşmüşdü. Salonikdən bir Mustafa Kamal Paşa gəldi və həmin düyünü İsgəndər kimi qılıncıyla kəsdi, düyün açıldı və bir Türkiyə Cümhuriyyəti yarandı.
   
   İndi Türkiyədə insanlar Mustafa Kamal Paşa haqqında olan bir şarkını oxumaqla təsəlli tapırlar.
   
   
   
   Sarı saçlım,
   
   Mavi gözlüm,
   
   Nerdesin,
   
   Nerdesin, gəl!
   
   
   
   Sarı saçlı, mavi gözlü Paşamsa gəlmir. Amma gələcək, dünya xali deyil.
   
   Ruhi Su necə deyir:
   
   1923-cü ilin ilıq bir içim sabahında kayaların toprağa saplandığı yerdə bir ər doğdu Türkiyəni. 2023-cü ilin ilıq bir içim sabahında kayaların toprağa saplandığı yerdə bir ər də doğacaq, bütün dünya türklərini xilas etmək üçün.
   
   2023-ə çox var. 2023-ə qədər çox sellər, sular axar, nəinki Türkiyəni, türk dünyasını on gün bundan öncəki İstanbulun gününə salar.
   
   Ona görə də bu ərin doğulması tezləşməlidir. Canımız, qanımız, qardaşımız Türkiyəni bu "sel-su"dan xilas etməlidir.
   
   Bir daha deyirəm, mən inanmıram sayın baş bakanımız Ərdoğan Ermənistanla sərhədi aça və Türkiyəni daha bir bataqlığa sürüyə, həm də Türkiyəni dünyadakı türk dövlətləri ilə üzbəüz qoya.
   
   Amma neyləyək ki, hələ ki "Ermənistan açılımı" "açıla-açıla" gedir. Sayın dış işlər bakanımız Əhməd Davudoğlunun döymədiyi partiya qapısı qalmayıb. MHP-nin bağlı qapılarını aça bilməyən Əhməd Davudoğlu bu günlərdə MHP-nin küsülü qardaşı Böyük Birlik Partiyasının qapısını aça bilib. Türk dünyasının böyük oğlu rəhmətlik Möhsün Yazıçıoğlunun ülküdaşları və arkadaşları çox qısa və konkret cavab veriblər. Partiyanın başkanı Yalçın Topçu Əhməd Davudoğlunun qarşısına üçrəngli müqəddəs Azərbaycan bayrağı çıxarıb.
   
   Böyük Birlik Partiyasından əli boş çıxan Davudoğlu Demokratik Partiyanın qapısını döyüb, partiyanın başkanı sayın Cindoruk da qapını açıb və deyib ki, Azərbaycan torpaqları işğaldan azad olmayana qədər sərhəd açımından söhbət gedə bilməz.
   
   AKP getdikcə təklənir. Tək qalan hətta şir olsa belə onu tülkülər də parçalaya bilir.
   
   Belə bir söz var, dostunu göstər sənin kim olduğunu deyim. İndi AKP-nin kim olduğunu demək çox çətindir, çünki onun dostu yoxdu axı.

TƏQVİM / ARXİV