adalet.az header logo
  • Bakı 20°C
05 Aprel 2019 13:00
7565
MƏMLƏKƏT
A- A+

İki rayona yeni polis rəisi təyin edilib

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Adalet.az ONA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bərdə rayon Polis Şöbəsinin rəisiİlqar Məmmədovtutduğu vəzifədən azad edilərək Bakının Xətai rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Xətai rayon Polis İdarəsinin rəisiMuradəli Babayevisə Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsinin pasport-qeydiyyat şöbəsinin rəisi Mehman Novruzov tutduğu azad edilərək Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.