adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Aprel 2019 11:34
5211
HADİSƏ
A- A+

Şirvanda evdə partlayış - Xəsarət alan var

Şirvanda partlayış olub.

Hadisə Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi 50, mənzil 1 ünvanında yerləşən beş mərtəbəli binanın birinci mərtəbəsində qeydə alınıb. Həmin ünvanında qaz balonunun partlaması nəticəsində evdə təmir işləri aparan, Şirvan şəhər sakini Məmmədzadə Fəzail Məmməd oğlu yanıq xəsarətləri alıb. Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (ONA)