adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Aprel 2019 10:13
10972
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: UZAQDAN OXUNAN ŞEİR

Sənin varlığındadı
mənim yaşam payım da!...
Məkan darlığındadı -
boğulan səs - hayım da!..

Pəncərəyə yaxın dur
səsim döyür şüşəni...
Ovut çöldə gecəni -
əldən, dildən düşəni...

Səp ilıq təbəssümü
sən səsimin üstünə...
Dönməsin pəncərəndə -
səsim həsrət büstünə!..

... Varlığındakı məni
baxışla təqdim edim...
Dayandığın məkanın -
başına dönüb gedim...