adalet.az header logo
  • Bakı 18°C
05 Aprel 2019 10:09
6541
MƏMLƏKƏT
A- A+

Ana və iki azyaşlı övladı dəm qazından zəhərləndi

Bakıda ana və iki azyaşlı övladı dəm qazından zəhərlənib.

Hadisə Binəqədi şosesi döngə 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan ana və iki uşaq gecə saat 1 radələrində dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, göstərilən yardımdan sonra onların vəziyyətləri stabilləşib. Ananın 28, övladlarının 4 və 6 yaşı var. (ONA)