adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Aprel 2019 18:40
15709
ƏDƏBİYYAT
A- A+

Xalq Yazıçısı Çingiz Abdullayevlə görüş

Aprelin 4-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı, Kürdəmir Regional Mədəniyyət İdarəsi ilə birgə dünya şöhrətli detektiv yazar, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN klubun prezidenti Çingiz Abdullayevlə kürdəmirli oxucuların görüşünü keçirmişdir.

Görüşü Muzeyin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verərək yazıçının qəhrəmanlarının tipik xüsusiyyətləri və dünya siyasi dedektiv janr əsəbiyyatında Çingiz Abdullayevin yeri və rolu haqqında fikirlərini bildirmişdir.

Aparıcı çıxışının sonunda Çingiz Abdullayevə 60 illik yubileyi ərəfəsində görüşə gəldiyi üçün kürdəmirli oxucuları adından minnətdarlığını bildirmiş və təbrik etmişdir.

Sonra yazıçı söz alaraq yaradıcılığı, həyatı, əsərlərinin sujet xətti, filmləri, haqqında oxucuların çoxsaylı suallarını cavablandırmış, dünyada və ölkəmizdə baş verən ictimai-siyasi hadisələrə öz münasibətini bildirərək onlarla fikir mübadiləsi etmişdir. Oxuculardan Namiq Ağayev, Əsbət Musayeva,Şəfəq Ağayeva, Zahirə Həsənova, Nazilə Bünyatova, İradə Mahmudova, Yadigar Təvəkkül ,Ağarza Babayev yazıçının əsərləri haqqında söylədikləri mülahizələri və sualları Çingiz Abdullayevi sözün yaxşı mənasında təəccübləndirmiş, savadlı və diqqətli oxucularına minnətdarlığını bildirmişdir.

Görüşdə yazıçının əsərləri əsasında çəkilmiş "Dronqo”, "Xeyirlə şərin rəqsi” filmlərindən bir epizod nümayiş etdirilmişdir.

Görüşün sonunda yazıçıya yubileyi münasibətilə hədiyyə və gül dəstələri təqdim edilmişdir. Xalq yazıçısı görüş ərzində elan olunmuş müsabiqənin şərtinə görə, ona ünvanlanmış ən yaxşı suala və əsərlərinin ən yaxşı oxucusu müsabiqəsinin qaliblərinə yeni nəşrdən çıxmış kitablarını hədiyyə etmişdir. Oxucular yazıçını əhatəyə alaraq yeni aldıqları kitabları imza etdirmiş, yazıçı ilə xatirə şəkilləri çəkdirmişlər.

Xalq yazıçısı Çingiz Abdullayev də, oxucuları da bu görüşdən məmnun qalmış, minnətdarlıqlarını və uzun müddət görüşün təəssüratlarından ayıla bilməyəcəklərini bildirmişlər.