adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Aprel 2019 17:58
6011
MƏMLƏKƏT
A- A+

Masallıda 31 Mart Soyqırımı qurbanları anıldı

Masallıdakı Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.

TədbirdəMasallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, ağsaqqal və ziyalılar iştirak edirdi.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı bildirdi ki, iki əsrdir mənfur ermənilərin Azərbaycanlılara qarşı kütləvi qırğınlar bu günümüzə kimi davam etməkdədir. Soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarlıqla qətlə yetirilib. Rusiya ilə İran arasında gedən iki müharibənin (1804-1813, 1826-1828) sonunda imzalanmış "Gülüstan” (12 oktyabr 1813-cü il) və "Türkmənçay” (10 fevral 1828-ci il) müqavilələri Azərbaycanın parçalanmasına gətirib çıxarıb. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçib. 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər ərazilərdə həyata keçirilib, ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilmişdir. İrəvanda – azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər isə öldürülüb.

Natiq vurğuladı ki, 26 mart 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunması üçün imzaladığı xüsusi fərman bu faciəyə verilən tutarlı siyasi qiymətdir.

Mahmudavar kənd tam orta məktəbinintarix müəllimiQumru Əhmədovməruzəsində bildirdi ki, erməni Avetisov və Əmiryan Muğan kəndlərinə qənim kəsilib. Avetisovun qoşunu əvvəlki kimi xalqı soyub talamaqda və müsəlmanları qətl, qarət etməkdə davam edib. Adamlar günahsız həbs edilib. Silahlı erməni və rus dəstələri qaçaqlara kömək etməkdə şübhəli bilinən Muğan kəndlərinə fasiləsiz hücumlar edirdilər. Xırmandalı, Kürdəbaz, Qədirli, Qarğalıq, Həsənli, Məmmədxanlı, Hacıtəpə ermənilər tərəfindən dönə-dönə yandırılan kəndlər olub. Alışanlı, Xıl, Yeddioymaq kəndlərində olan əkin yerləri müsəlmanların əlindən alınaraq ruslara verilib. Muğana tərəf hərəkət edən rus əsgərləri ilə əlbir hərəkət edən ermənilər Göytəpə (Prişib) ilə Astaranı birləşdirən "Poçt yolu” ətrafında yerləşən Muğan kəndlərini qarət və talan etməyə üstünlük veriblər. Xırmandalı, Həsənli, Məmmədxanlı kəndlərindən toplanmış bir dəstə könüllü də onları tərksilah etmək, əmlaklarını, silah və hərbi sursatlarını ələ keçirmək üçün Kalinovkanın (Viləş) yaxınlığından keçən Viləş çayının sahilində döyüş mövqeyi tutublar. Ruslarla əlbir hərəkət edən erməni silahlıları müsəlmanlardan intiqam almaq məqsədilə Yeddioymaq kəndindən tutmuş Prişibə və şimala doğru 23-dən artıq Muğan kəndinin dinc əhalisinə qarşı soyqırım təşkil ediblər. Yeddioymaq yandırılıb, kənd sakinləri işgəncəyə məruz qalıb. Kəndin məscidi toplardan atılan mərmi ilə dağıdılıb. Erməni-rus əsgərləri Məmmədxanlı və Həsənli, Malakana hücum çəkib kəndləri çapıb talayıblar. Bir neçə günahsız ailə öldürülüb. Cənub bölgəsindəki soyqırım hələ 1918-ci ilin yanvarından 1919-cu ilin avqustuna kimi, yəni Cənubda Cümhuriyyətin bərqərar olamasına kimi davam edib. Tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasovun tədqiqinə görə bu faciə xalq arasında "Qaçaqaç” kimi tanınan məxsusi adla yadda qalmaqdadır.

Böyük Kolatan kənd tam orta məktəbininveteran müəllimiXanhüseyn Musayevməruzə ətrafında çıxışında qeyd etdi ki, əsrlərlə öz dövlətinə belə malik olmayan ermənilər "Böyük Ermənistan” dövlətini yaratmaq üçün daim Rusiyanın imperiya siyasətindən alət kimi istifadə ediblər.

"Yeni həyatqəzetinin baş ədəbi işçisi Akif Ağayevbildirdi ki,törədilən qanlı olayların tarixdə yaşanmamasından ötrü mart soyqırımındamilli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alınıb.Təmsil olunduğum mətbu orqanda da qan yaddaşımız olan soyqırımı hadisələri barədə vaxtaşırı materiallar dərc olunur. Əməkdaşlarımızın, tədqiqatçı-müəllimlərin, alimlərin, eləcə də digər yaradıcı insanların erməni vandalizmi, qətliamları ilə bağlı araşdırma yazılarında oxuculara dolğun məlumat verilir, erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu diqqətə çatdırılır.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,Əməkdar mədəniyyət işçisiƏntiqə Tağıyevaerməni vandallarının məqsədyönlü şəkildətörətdikləri qətliamları, eyni zamandaxalqımıza qarşı mənəvi terror –milli-mənəvi dəyərlərimizə, tarixi yaddaşımıza qarşı mənəvi soyqırım kimi dəyərləndirdi.

Masallı Dövlət Regional Kollecinintarix müəllimiİradə İmanbəyliisə çıxışında Mart soyqırımı, Xocalı müsibəti, 20 Yanvar faciəsi, Qarabağın işğalı və bu kimi hadisələrin tələbələrə düzgün aşılandığını, vaxtaşırı olaraq kollecdə bu mövzulu tədbirlərin keçirildiyini dedi.

Mərasimdə çıxış edənlər uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarını pisləyərək, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində bir sıra dünya dövlətlərinin parlamentlərinin qəbul etdikləri qətnamələri diqqətə çatdırdılar.

Tədbiri RİH başçısının müavini Nəsir Muxtarlı yekunlaşdırdı.

Əlihüseyn Şükürov.
Masallı.