adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Aprel 2019 19:35
15431
DÜNYA
A- A+

ABŞ Ukraynanın yeni prezidenti ilə əməkdaşlıq edəcək

Seçkilərdə kimin qələbə qazanmasından asılı olmayaraq, ABŞ Ukraynanın yeni prezidenti ilə əməkdaşlıq edəcək.

Adalet.az xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib.

"Biz, Ukraynada hakimiyyətə gələcək istənilən rəhbərliklə işləyəcəyik. Əvvəlki 25 illə müqayisədə Ukrayna son 2 ildə daha çox iş görüb. Amma işin çox hissəsi hələ qarşıdadır” – Volker vurğulayıb.

Qeyd edək ki, Ukrayna MSK-nin nəticələrinə əsasən, 31 martda keçirilən prezident seçkilərinin birinci turunda Vladimir Zelenski 30,24% səslə lider olub. Ölkənin hazırkı prezidenti Pyotr Poroşenko isə cəmi 15,95% səsi yığa bilib. Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.