adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Aprel 2019 16:30
5985
GÜNDƏM
A- A+

TÜRKLƏRİN BAŞBUĞU

Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Lefkoşada dünyaya gəlib.[1] Əslən Kayserilidir. Gəncliyində ata babası Arif Ağa Kayserinin Pınarbaşı məhəlləsinin Yuxarı Koşgərli kəndindən Kiprə köçüb. Atası Əhməd Hamdi Əfəndi, anası Fatimagül Zəhra xanımdır.

İlk və orta təhsilini Lefkoşda alır. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçməyə məcbur olur.Hərbi xidmətdə olmağa böyük sevgisi olan Alparslan Türkeş, 1936-cı ildə Qülləli Əsgər Litseyinə qəbul olur.1938-ci ildə Hərb Məktəbinin məzunu olur, kiçik leytnant rütbəsi ilə orduya qatılır.1940-cı ildə Refik Yurdsevərin qızı Müzəffər xanımla evlənir.Daha sonra Seval xanımla ailə həyatı quran Türkeşin 2 evlilikdən 7 uşağı olmuşdur.

Hərbi fəaliyyəti

1944-cü ildə baş leytinant Türkeş Nihal Atsız və Nejdət Sançarla birlikdə "İrqçilik-Turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunur 9 aydan artıq bir müddətdə Topxana Əsgər Həbsxanasında saxlanılır.1945-ci ildə sərbəst buraxılır və 1947-ci ildə bəraət alır.1955-cildə Hərbi Akademiyanı bitirdikdən sonra ABŞ-a göndərilir.Türkeş orda piyada məktəbində təhsilini aldır.1955-1957-ci illərdə Vaşinqton NATO Daimi Komitəsində türk ordusunu təmsil edən heyətin tərkibində yer alır.Türkiyənin Vaşinqtonda olan Hərbi Akademiyasında yüksək vəzifələrdə çalışır. Bu müddət ərzində Alparslan Amerika Universitetində Beynəlxalq İqtisadiyyat fakultəsində təhsil alır və 1959-cu ildə vətəni Türkiyəyə böyük uğurlarla qayıdır. Elə həmin ildə də Almaniyaya Atom və Nüvələr tədris Mərkəzinə göndərilir, bu mərkəzi də müvəffəqiyyətlə başa vurduqdan sonra, 1960-cı ilin 27 mayına qədər Avropada müxtəlif NATO toplantılarında və hərbi mövzularda Türkiyə Silahlı Qüvvələri Gənəl Kurmay Başkanlığının(Baş Qərargah Rəisliyinin) təmsilçisi olaraq iştirak edir. Milli Birlik Hərəkatının öndə gedən başqanlarından olan Alparslan Türkeş, bu hərəkatı milli birliyi əldə saxlamaq naminə reform hərəkat olaraq düşünmüşdü. Hərəkata müdaxiləsindən sonra Başqan əvəzli olaraq faliyyətə başlayır. Və bu dönəmdə də "ölkə və mədəniyyət bütünlüyü" qanun formasını hazırlayır və Dövlət Planlama Təşkilatı qanun fərmanını qanuniləşdirərək, dövlətinin və millətinin ixtiyarına verir.

Artıq hökumət müşaviri olan Alparslan bəy 19 noyabr 1966-cı ildə elə bu vəzifənin icraçısı kimi də, Türkiyədən Hindistana - Yeni Dehliyə göndərilir. Burada da dövləti üçün böyük işlər görür. Burada olduğu müddətdə, tez-tez Türkiyədə yaranan qanun boşluqlarına da öz etirazını bildirir. Bunun üçün hətta 1963-cü ildə bir neçə ay həbs həyatı da keçirir. Ancaq dayanmadan o doğru bildiyi yoldan çəkinmir, hər zaman haqqın tərəfində olmağa çalışırdı. 1963-1980-cil illər arasında 4 dönəm Ankara və Adananın millət vəkili seçilir. Bu da 65-69, 69-73, 73-77, 1977-80-ci illər dönəmini əhatə edir. Eyni zamanda da 1975-ci ildən sonra qurulan 1-ci və 2-ci M.C. hökumətləri dövründə başbakan yardımçısı vəzifəsində də çalışır.

Tanınmış Sima və 12 sentyabr müdafiəsi

Artıq 1980-ci ildə Alparslan Türkeş Türkiyənin ən öndə gedən simalarından - dövlət adamlarından biri kimi tanınırdı. 12 sentyabr 1980-ci ildə hərbi çevrilişindən sonra işindən ayrılır. Ardınca da 12 sentyabr hərəkatından sonra, MHP və Ülkücü Quruluşlar davasıyla günahkar bilinərək, məhkəmə qarşısına çıxarılır. Onun sənədlərində cinayət tərkibi belə qeyd edilirdi: 

1 numaralı Asker Mahkemesi Başkanlığına
Dosya No : 1981/17
İfadə sahibi: Alparslan Türkeş
Suç : TCK-nun 146/1 maddəsinin ihlalı
Konu : Sorqulama ifadəsi haqqında

Hadisə : Bir siyasi davanın, edam tələbiylə yarqılanan bir numaralı sanığı olaraq burada bulunuyorum. Haqqımdakı iddianaməni dinlədik. Tələb edilən cəzaları öyrəndik. İndi də üsul gərəvi ilə bizə söz verilmiş olur.
Və hazırladığı çıxışı məhkəmə salonunda hakim qarşısında iştirakçıların əhatəsində təqdim edir. O çıxışında bir nüansı dəfələrlə qeyd edir: "Bu dava, Türk millətinin hər cürə düşmən təcavüzünə qarşı ən böyük silah və gücü olan Milli birlik və bərabərliyimizlə, Milli güvənlik müdafiəmizlə də doğrudan doğruya əlaqədardır. Bunu söylərkən əsla mübaliğə etmirəm".

Hər zaman, hər yerdə etdiyini ancaq milləti, cəmiyyəti üçün etdiyini o, yorulmadan vurğulayır: "Mən məsələni əhəmiyyətli gördüyüm üçün danışmaq istəyirəm. Və hər kəlməmi sadəliyi ilə ifadə etmək istəyirəm ki, nə vicdanən, nə də qanunən özümü günahkar saymıram. Bu baxımdan da uzun-uzadı şəxsiyyətimi müdafiə etmək ehtiyacında və təlaşında deyiləm. İddianamə deyə ortaya qoyulan mətn qarşısında, insan sadəcə şəxsiyyətini düşünərək, özünü müdafiə etməyə tənəzzül etməz. Yoxdan yox çıxır; mövcud olmuş, heç zaman işlənməmiş suçun iddianaməsi də hər halda belə olacaqdır. Bu iddianamə şəxsin etibariylə yox hökmündədir. Məni danışmağa sövq edən xüsus, nə cəza qorxusu, nə də hansısa bir cəzadan qurtulmaya cəhd və ümiddir".
Bütün çıxışlara, açıqlanan özünü müdafiə çıxışına baxmayaraq, Alp Arslan Türkeş günahlı bilindiyi dava səbəbiylə həbs edilir və 9 aprel 1985-ci ilə qədər məhbəs həyatı keçirir. Məhbəs həyatını başa vurduqdan sonra, Alparslan 6 iyul 1987-ci ildə təntənəli şəkildə Böyük Millət Məclisinə yenidən daxil olur.

4 oktyabr 1987-ci ildə Millətçi Çalışma Partiyasının Gənəl Başkanı seçilir. 1991-ci ildə yenidən keçirilən başkan seçkisində uğur qazanır.

O, 4 aprel 1997-ci ildə vəfat etmişdir.