deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | Məhkəmələrə inam artacaq Adalet.az | Məhkəmələrə inam artacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Məhkəmələrə inam artacaq

25759    |   2019-04-04 14:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Telman Qasımov: "Dövlət başçısının Fərmanı ilə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması təmin ediləcək"

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hüquq sistemində köklü islahatlar aparılması qarşıda duran əsas məsələlərdən birinə çevrilib. Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək həqiqi demokratik cəmiyyət yaradılmasına xidmət edən bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlib. Son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılıb, hakimlərin sayı dəfələrlə artırılıb, məhkəmə aparatlarının strukturu təkmilləşdirilib. Hazırda da ölkədə məhkəmə hüquq sahəsində islahatlar davam etməkdədir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, 14 saylı Vəkil Bürosunun rəhbəri Telman Qasımov bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman ölkədə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına səbəb olacaq, paralel olaraq bu sahədə islahatların dərinləşdirilməsinə şərait yaradacaq. Nəticə etibarilə isə ölkədə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasını təmin edəcək. Onun sözlərinə görə, Fərmana əsasən Azərbaycanda yeni ixtisaslaşdırılmış məhkəmə yaradılacaq: "Sənəddə qeyd edilib ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılmasını və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılmalıdır. Fərmanda eyni zamanda, qeyd olunur ki, "Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər".

Vəkil əlavə edib ki, sözügedən Fərmanda cəza siyasətinin humanistləşdirilməsinə dair tədbirlər də əksini tapıb: "Sənəddə birbaşa göstərilir ki, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər. Bütün bunlar deməyə əsas verir ki, Fərmanda əkisini tapan məsələlərin reallaşdırılması nəticəsində vətəndaşların məhkəməyə müraciət imkanları daha da genişləndiriləcək, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılacaq, məhkəmə qərarları tam və vaxtında icra ediləcək, süründürməçilik və digər neqativ hallar aradan qaldırılacaq. Bununla da cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması təmin ediləcək".

T.Qasımov qeyd edib ki, müstəqil təsisat olan Vəkillər Kollegiyasının fəaliyyətinin yeni, demokratik əsaslarla təşkil edilməsi və əhaliyə hüquqi yardımın yaxşılaşdırılması məqsədilə 1999-cu ildə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun qəbul edilib, hüquqi yardımın göstərilməsində bu orqanın rolunun daha da artırılması məqsədilə bu sahədə qanunvericilik daha da təkmilləşdirilərək müasir tələblərə uyğunlaşdırılıb. Dövlət başçısı tərəfindən imzalanan Fərmanda da dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin bilavasitə Vəkillər Kollegiyasına köçürülmsəi ilə bağlı müvafiq normativ-hüquqi aktın hazırlanması ilə bağlı tapşırıq var. Şübhəsiz ki, bu Fərman Azərbaycanda vəkillik institutunun da səmərəliliyinin artırılması, vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsini təmin edəcək.

T.Qasımov onu da bildirib ki, aprelin 4-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında dövlət başçısının məlum Fərmanının icrası ilə bağlı Rəyasət Heyətinin iclası keçirilib. Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 03 04.2019-cu il tarixli Fərmanı - müstəqil, obyektiv, qərəzsiz və şəffaf məhkəmə-hüquqi sisteminin fəaliyyətinin təmin edilməsi, onun modernləşdirilməsi və təkmilləşdirilməsi üçün məhkəmə-hüquq sistemində baş verən korrupsiya və bürokratik maneələrin aradan qaldırılmasına dair prezidentin iradəsini açıq şəkildə nümayiş etdirir. Sədr qeyd edib ki, qərar cəmiyyətin ədalət mühakiməsindən narazılığa və inamsızlığa səbəb olan bütün çatışmazlıqları göstərən bir yol xəritəsi, eləcə də çatışmazlıqları aradan qaldırmaq üçün xüsusi təlimat verilmiş proqram sənədidir. Bu fərmanın qısa müddətdə icrası ictimai rəydə nüfuzunu mütləq müsbət şəkildə dəyişəcəkdir. Fərmanda göstərilən tədbirlər məhkəmə fəaliyyətinin keyfiyyətini, hakimlərin və məhkəmə işçilərinin maliyyə və sosial təminatının keyfiyyətinin yaxşılaşdırılmasına və hüquqi infrastrukturun təkmilləşdirilməsinə kömək edəcəkdir. Xüsusilə, biznesin dəstəklənməsi üçün maliyyə məsələləri üzrə yeni ixtisaslaşmış məhkəmənin yaradılması, məhkəmə qərarlarının icrası üçün xüsusi orqanlara səlahiyyət vermək üçün ən yaxşı təcrübələr, məhkəmə məlumatlarının elektronlaşdırılmasına, məhkəmə proseslərinin audio qeydlərinin tətbiqinə, hüquqi təlimlərin təkmilləşdirilməsinə, məhkəmə xidmətlərinin təkmilləşdirilməsinə, mütərəqqi dövlət təminatlı hüquqi yardımın göstərilməsi və ödənilməsi proseduru və s. cəzaların humanistləşdirilməsi və cinayətlərin cəzalandırılması siyasəti də davam etdiriləcəkdir. Vəkillər Kollegiyası Rəyasət Heyəti də bu fərmana əsasən ölkədə ədalət mühakiməsini səmərəliliyini ciddi dərəcədə artıracaq, hüquqi cəmiyyət cənab prezidentin səylərini alqışlayır və tam şəkildə dəstəkləyir. Bununla yanaşı, Anar Bağırov bütün vəkillərə müraciət edərək onları iradə nümayiş etdirməyə, qeyri-etik və qeyri-prosessual hərəkətlərə yol verməkdən çəkinməyə çağırdi. Belə hərəkətlərə yol verən vəkillərə qarşı ən sərt intizam tədbirləri tətbiq olunacağını bəyan etdi.




İmza:
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK