deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | “Onun nəsli ermənidir” də deyə bilərlər, amma... - Rejissor Elvin Mirzəyev - AÇIQLAMA Adalet.az | “Onun nəsli ermənidir” də deyə bilərlər, amma... - Rejissor Elvin Mirzəyev - AÇIQLAMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Onun nəsli ermənidir” də deyə bilərlər, amma... - Rejissor Elvin Mirzəyev - AÇIQLAMA

25441    |   2019-04-04 13:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünən Konqres mərkəzində Elvin Mirzəyevin rejissoru olduğu Aprel şəhidlərinə həsr olunmuş"Doqquz qadının müraciəti” adlı bədii kampazisiya nümayiş olunub. Bu tədbirin ardınca sosial şəbəkələrdə Evin Mirzəyevin sənət yoldaşları etiraz dolu statuslar paylaşıb ictimailəşdirilməsini tələb ediblər. Həmin statuslardan biri rejissor, aparıcı Lalə Əliyevaya məxsusdur:


"Diqqət! Aldığımız məlumata görə, dünən - aprel şəhidlərinin ildönümündə Konqres mərkəzində Qarabağ qazilərinin və şəhid ailələrinin gözü qarşısında... guya şəhidlərin xatirəsinə həsr edilmiş tamaşada bütün leytmotiv Qarabaq ermənilərinə müraciət üzərində qurulub: "Biz sizinlə birlikdə, sülh və dostluqda yaşamaq istəyirik!”. Şəxsən mən tarixdə belə alçaldıcı sülh təklifinə rast gəlməmişəm!Prezidentin və bütün vətəndaşların düşməni torpaqlardan çıxarmaq əzmiylə çıxışlar etdiyi... Ordumuzun günbəgün gücləndiyi bir vaxtda bunu Azərbaycan xalqına qarşı sabotaj sayıram! Və məsələnin icyimailəşməsini tələb edirəm! Birinci sözü tamaşanın rejissoru Elvin Mirzəyevə deyəcəm: Utan! İkincini də lüt qızları müzakirə edən kolleqalarıma: Susmayın!”.

Adalet.az saytı olaraq məsələyə aydınlıq gətirmək üçün rejissor Elvin Mirzəyevlə əlaqə saxladıq.




- Elvin bəy, dünən Konqres mərkəzində Aprel şəhidlərinə həsr olunmuş tədbiriniz baş tutub. Bu gün həmin tədbir haqda bəzi həmkarlarınız etiraz dolu statuslar yazıb hamıdan məsələni ictamiləşdirməyi istəyiblər. Etiraz bununla bağlıdır ki, siz nümayiş olunan bədii kampazisiyanın leytmotivi Qarabaq ermənilərinə müraciət üzərində qurulub: "Biz sizinlə birlikdə, sülh və dostluqda yaşamaq istəyirik!”. Həmin tədbirin rejissoru kimi bu haqda nə deyə bilərsiniz?

- Çox təəssüf edirəm. Görəsən o insanlar tədbirdə olubmu? Çünki mən Lalə Əliyevanın statusunu görmüşəm və statusunda "aldığımız məlumata görə” ifadəsini görüb belə anladım ki, şəxsən özü tədbirdə olmayıb. Axı məlumat təhrif də oluna bilər, düzdür? Ssenari məndədir, bu tədbir dövlət əhəmiyyətli bir tədbir olduğuna görə onun ssenarisini də kimsə özbaşına yaza bilməz. Mətnlər ciddi şəkildə təhlil olunub, dövlətimizin bugünkü geosiyasi vəziyyətinə, təbliğatlarına uyğun olaraq bədiiləşdirilib. Təhlil zamanı şəhid ailələrindən nümayəndələr, dövlət rəsmiləri də olub, mətnlərə baxıblar və bu kampazisiyada ermənilərə hansısa xitab yox idi.

Kampazisiyanın əsas leytmotivi 9 qadının müraciətidir və elə tədbirin ümumi adı da budur. Nə üçün 9 qadın? Torpaq, kainat, ana, vətən – bunlar hamısı bizim üçün yaradan, ana anlayışındadır. Və düşünürəm ki, 30 il davam edən bu müharibəni, faciəni onlardan yaxşı anlayan ola bilməz. Müraciət təkcə ermənilərə yox, bütün kainata ünvanlanır.

Mətnin içində belə bir hissə var: Biz hər kəsi Vətənimizin hər bir güşəsini ziyarət etməyə, gəzməyə, hətta burada daimi yaşamağa belə çağırırıq. Bir çox insanlar azərbaycanlı qonaqpərvərliyi və xalqımızın yaradıcı xarakteri haqqında təkcə sözdə eşitməyiblər, hər kəsin özünü bizim torpaqlarda xoşbəxt hiss etməyə haqqı var. Biz azərbaycanlı olaraq böyüşürük, amma sülhlə, dostluqda, hörmətlə və qarşılıqlı məhəbbətlə, ədalətsiz, iddiasız, düşmənçilik və qəddarlıq olmadan. Bütün insanlar eyni kökdəndirlər və bizim yurdumuz, evimiz hər kəsin üzünə açıqdır. Biz özümüzü bölüşürük, amma bütövlükdə yalnız onların yaşamasına bağışlaya bilmərik.

Və burda müraciət olunur ki, sizin bizim evimizdə yaşadığınız halda, biz qaçqın, köçkün ola bilmərik. Buna heç kim, heç bir xalq razı ola bilməz. Sonda biz bunu deyirik ki, gec-tez nə vaxtsa biz öz torpaqlarımıza qayıdacağıq. Təkcə Qarabağa yox.

Və ermənilərə yenə müraciət olunur ki, siz tarixi Azərbaycan torpaqlarında dövlət qurdunuz. Amma bu sizə indiki Ermənistanın azərbaycanlı etnosunu Vətənlərindən didərgin etməyə əsas vermir. Hər bir insan kimi biz də müharibənin əleyhinəyik. Amma biz öz torpaqlarımızda sizin idi Vətəniniz saydığınız bizim Vətənimizdə rahat nəfəs almaq, torpağın ətrini, onun gözəlliyini duymaq istəyirik. Biz tək deyilik. Baxmayaraq ki, bu qədər şəhidlər vermişik, yenə də çiyinlərinə söykəndiyimiz, güvəndiyimiz oğullarımız var, Vətən hər bir qarışı şəhid qanı qoxan əmanətimizdir. İndi sizcə bu mətndə onların dediyi hansı xitabdan söhbət gedə bilər?


- Yazılır ki, həmkarınız Mir Sahib Ağazadə tədbirdə sizə etiraz edib.

- Bəli, Mirsahiblə gecə də yazışmışam. Ona böyük hörmətim var, şəxsinə heç bir mənfi münasibətim yoxdur. Amma ona izah etməyə çalışdım ki, bəlkə duyğulanıb, hisslərinə qapılıb, yaxşı dinləməyib? Axı mən "biz hər bir insan kimi müharibənin əleyhinəyik” deməyib başqa nə deməliyəm ki? İnsanları səhnədən müharibəyəmi səsləyim? Axı bunu ermənilər də, digər millətlər də görə bilər. Biz aqressiv görünə bilmərik axı. Nə qədər bu torpağı sevsəm də, Vətən sevgisilə yaşasam da, şəxsi hisslərimin təsirində qala bilmərəm. Çünki dilimdən çıxan hər bir kəlmə artıq mənim deyil, ölkəmindir. Əlbəttə ki, mənim də doğmalarımın içində şəhid olanlar var, bu ağrıları yaşayanlar var. 30 illik müharibədən sonra mən necə deyə bilərəm ki, gəlib barışaq? Amma dünyanı, bizə zillənən gözləri nəzərə almalıyıq.

- Aprel döyüşlərində də, ondan qabaq da xeyli şəhid vermişik. İnsanlar mübarizə ruhuna kökləniblər. Bəlkə bu ab-hava olduğumuza görə sizin bu sülh çağırışınız etirazla qarşılandı?

- Mənim 44 yaşım var, 2 uşaq atasıyam. Müharibənin başlanmısa yeniyetməlik dövrümə təsadüf edib. Müharibənin nə qədər faciəli olduğunu özümdə hiss eləmişəm. Əvvəllər musiqiçi olmuşam və faktiki olaraq bu müharibə həyatımı alt-üst edib, həyatda mövqeyimi dəyişib, musiqiçi həyatım 10 il geri düşüb. Rejissorluq sonralar həyatımın bir hissəsinə çevrilib. Əlbəttə ki, torpaqlarımızın azad olunmasını istəyirəm, amma şəhidlərimizin olmamasını da istəyirəm. Mümkün qədər az tələfatla, itkiylə torpaqlarımız alınmalıdır. İndi durub bu insanları necə-gəldi müharibəyə səsləmək digər ölkələr kimi bizim də faciəvi sonluğumuza gətirib çıxarmazmı?

Məsələn, torpaq simvolu olan Mehriban Zəki belə deyirdi: Aprel döyüşləri Azərbaycan ordusunda, azərbaycanlıların döyüş ruhunda, təfəkküründə dönüş nöqtəsi oldu. Özünə güvən hissini qaytardı.

Şəhidlərin adı çəkilir, zalda əyləşmiş ailələrinə xitabən deyilir: Şəhidlik adi bir ölüm deyil. Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, özünü şüurlu şəkildə qurban verməkdir. Şəhidlik verilmiş ömür payının gələcək nəsillərə xoşbəxtliyini bağışlamaqdır. Bu mənada insanın dünya həyatına ən gözəl əlvida deməyidir. Onlar bu şücaətlərilə bizə işıqlı bir yol açdılar, artıq 90-cıların ruh düşkünlüyü deyil, öz qələbəsinə, qalibiyyətinə inam dövrü başlandı.

Dünən bu mətnlər səsləndirilib. Bu mətnlərdə mənfi nə var? Mən istəmirəm ki, mətnlər təhrif olunsun.

- Görünür, Mirsahib bəy şəxsi hisslərinə qapılıb.

- Mirsahib bəyi gözəl başa düşürəm, amma çox təəssüf edirəm, ondan heç gözləməzdim. Ola bilər, insandır, çalışdım ki, izah edim. İndi mənim üstümdən xətt də çəkə bilərlər, düşmən də çıxara bilərlər, ictimailəşdirib "onun nəsli ermənidir” də deyə bilərlər. Axı bizim səhnədə çıxış edənlər də düşüncəli insanlardır, robot deyillər. Yaxşı, mən səhv etmişəm, bəs onlar? Onlar mənim səhvimi deməzdilərmi?









İmza:Eminquey

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır

"Azğınlaşmış Ermənistan bizə torpaqlarımızın hərbi yolla azad olunmasından başqa alternativ buraxmır"

Fuad Cəfərli: "Qadın güclü olmasa belə xoşbəxtdir..." - MÜSAHİBƏ

Mircəlal Kazımi: "Orqan transplantasiyası əməliyyatı xəstə üçün..."

Kamal Abdulla: “Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəm” - MÜSAHİBƏ

Azərbaycan vətəndaşlarında sosial-psixoloji güvənlik yaranıb - MÜSAHİBƏ

İlkin Həsəni: "Niyə düşündürücü komediya çəkməliyəm?" - MÜSAHİBƏ

Muradın həbs səbəbi - Xanımı hər şeyi açıqladı

Zahidə Günəş: "Həmin adamın başını kəsərəm" - MÜSAHİBƏ

Orxan Həsəni: "Ədəbiyyatda ulduz olmaq üçün qırmızı kart almağı bacarmaq lazımdır" - MÜSAHİBƏ

Aqil Abbas: "Deputat kütlə içində olmalıdır”

Elektrik enerjisinə tətbiq edilən limitin ləğvi nə vəd edir? - AÇIQLAMA

SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK