adalet.az header logo
  • Bakı 12°C
04 Aprel 2019 11:17
3851
HADİSƏ
A- A+

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxs tutulub

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş Ş.Ələkbərova küçəsində kirayədə yaşadığı mənzildən 15 700 manat pulunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. "İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Ağayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.