adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Aprel 2019 11:15
14534
DÜNYA
A- A+

Poroşenko şoumenin çağırışını qəbul etdi

Ukrayna Prezidenti Pyotr Poroşenko Kiyevin "Olimpiya” stadionunda prezident seçkilərinin ilk turunun qalibi Vladimir Zelenski ilə debat keçirməyə razı olduğunu açıqlayıb.

Adalet.az xəbər verir ki, bu barədə Poroşenko Tvitter hesabında yazıb.

Poroşenko Zelenskiyə MSK qaydalarına əsasən namizədlərin yalnız İctimai televiziya bazasında bütün Ukrayna telekanallarının yayımı ilə debat apara biləcəyini xatırladıb.

"Yaxşı, stadiondursa, olsun stadion. Sizi gözləyirəm, Vladimir Aleksandroviç”, - Poroşenko bildirib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turuna keçən Zelenski ötən gün Poroşenkonu Kiyev stadionunda 100 minlik auditoriyanın qarşısında canlı debata çağırımış və prezidentə fikrini bildirmək üçün 24 saat vaxt vermişdi.

Pyotr Poroşenko Blokunun deputatı Mariya İonova isə Poroşenkonun stadionda debat təklifini qəbul etməyəcəyini, debat üçün ən münasib yerin televiziya olduğunu bildirmişdi.