adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Aprel 2019 11:11
7109
MƏMLƏKƏT
A- A+

Bakıda itkin düşən azyaşlı tapılaraq sığınacağa yerləşdirilib

Bakıda itkin düşmüş azyaşlı qız polis əməkdaşları tərəfindən aşkarlanıb.

Adalet.az-ın məlumatına görə, ötən gün Nəsimi rayonu 3-cü mikrorayon ərazisində itkin düşmüş uşağa polis əməkdaşları yardım edərək onu Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə təhvil veriblər.

Mərkəzdən verilən məlumata görə, Məryəm adlı uşağın 6 yaşı var.

Azyaşlının dilənçiliyə cəlb edilməsi versiyası istisna edilmir.