adalet.az header logo
  • Bakı 19°C
04 Aprel 2019 11:07
26511
İQTİSADİYYAT
A- A+

Ötən il Rusiyadan Azərbaycana 1 milyard pul köçürülüb

Ötən il Rusiyadan Azərbaycana 1 milyard dollar pul transfer edilib.Modern.azxəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatına deyilir.

Ümumilikdə, 2018-ci ildə miqrantlar Rusiyadan 11,898 milyard dollar çıxarıblar. Həmin vəsaitlərin 4,082 milyard dolları Özbəkistana, 2,553 milyard dolları Tacikistana və 2,4 milyard dollarını isə Qırğızıstana göndərilib.

Azərbaycanlı miqrantlar göstəricilərinə görə 6-cı sırada qərarlaşıblar. Vətənlərinə 1,01 milyarc dollar göndərən azərbaycanlılar, ötən il ölkələrinə 1,117 milyard dollar göndərən ermənilərdən bir az geridə qalırlar.

Növbəti pillələrdə Ukrayna (948 milyon dollar) və Qazaxıstan (797 milyon dollar) qərarlaşıb.