adalet.az header logo
  • Bakı 18°C
04 Aprel 2019 10:02
15424
ELM VƏ TƏHSİL
A- A+

Cocuq Mərcanlı şagirdləri üçün ödənişsiz sınaq imtahanları keçirilib

2019-cu il aprelin 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin kompüter zalında məktəbin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları üzrəotk.azportalı vasitəsilə ödənişsiz onlayn sınaq imtahanları keçirilib.

DİM-dən Adalet.az-a verilən məlumata görə, onlayn sınaq imtahanlarının başlanması, gedişi və başa çatdırılması prosesi real vaxt rejimində DİM-dən – onlayn imtahanların idarəolunması mərkəzindən həyata keçirilib.

İmtahan saat 11.00-da başlayıb və 3 saat müddətində aparılıb.

Abituriyentlər onlayn imtahanı başa çatdıran kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olublar.

Həmçinin məktəbin kitabxanasına DİM tərəfindən 9 və 11-ci siniflərin buraxılış imtahanlarına daha səmərəli hazırlaşmaları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış "Abituriyent" jurnalının xüsusi buraxılışları hədiyyə edilib.