adalet.az header logo
  • Bakı 17°C
03 Aprel 2019 19:45
12878
İDMAN
A- A+

Bolt yenidən futbola qayıtdı

Yüngül atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt yenidən futbola qayıdıb.

Qol.az xəbər verir ki, yamaykalı atlet Fransanın "Paris” klubuna transfer olunub.

Bu barədə 2-ci liqa təmsilçisinin rəsmi Tvitter səhifəsi məlumat yayıb. Boltla 2 illik müqavilə imzalanıb. 32 yaşlı idmançı növbəti mövsümdən yeni komandasına qoşulacaq.

Qeyd edək ki, Useyn Bolt bir müddət əvvəl Avstraliyanın "Sentra Kost Mariners” futbol klubunda çıxış edib. O, bu ilin yanvar ayında futboldan getdiyini açıqlamışdı.