adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Aprel 2019 12:07
21626
MƏDƏNİYYƏT
A- A+

Nəsimiyə həsr olunmuş sərgi açılıb

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində İmadəddin Nəsimiyə həsr olunmuş sərgi açılıb.

Muzeyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, sərgidə İmadəddin Nəsimiyə həsr olunmuş, 20-i Azərbaycan, 20-i ingilis dilində olmaqla ümumilikdə 40 lövhə təqdim edilib.

Lövhələrdə Nəsiminin 3 dildə yazdığı əsərlərinə orta əsrlərdə çəkilmiş illüstrasiyalar, miniatürlər, eləcə də şairin əlyazmalarının surətləri nümayiş olunub.

Həmçinin Ədəbiyyat Muzeyinin Nəsimiyə həsr olunmuş ekspozisiya zalından rəsmlər, böyük şairin 600 illik yubileyi münasibətilə hazırlanmış medalyonların əksi, onun Bakı şəhəri ve muzeyin ekspozisiyasında olan heykəllərinin rəsmi, şeirlərindən parçalar, Nəsimi filmindən olan səhnələrə aid fotolar və s. təqdim olunub.