adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Aprel 2019 18:19
5455
GÜNDƏM
A- A+

2 nömrəli Doğum Evinin təmirinə pul ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Doğum Evinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, sərəncamla Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.