adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Aprel 2019 18:32
21179
SİYASƏT
A- A+

Mitinq qalmaqalı davam edir... - SORĞU

Xəbər verdiyimiz kimi, Müsavat Partiyası 7 aprelə, AXCP-dən ibarət olan Milli Şura isə 6 aprelə aksiya təyin edib. İlk qərar Müsavatdan gəlib və bundan dərhal sonra MŞ bir gün öncəyə mitinq qərarı verib. Bu da hər iki düşərgəni üz-üzə qoyub.

Tərəflər arasında qalmaqal baş verib. Bir-birinin ünvanına ən ağır ittihamlar, tənqidlər, hətta təhqirlər belə səsləndirirlər. Müsavat MŞ-ni prosesləri ələ almaq üçün tələm-tələsik aksiya təyin etməkdə və mitinqlərinə kölgə salmaqda ittiham edir. Əks tərəf isə bunların hər birini təkzib edir və mitinq qərarlarının yarım ay öncədən olduğunu deyir.

Adalet.az deputat və partiya rəhbərlərindən məsələylə bağlı münasibət öyrənib. Baş verən qalmaqalın səbəblərini öyrənib. Cavabları təqdim edirk.



Deputat Siyavuş Novruzov: "Əslində orda qalmaqal görmürəm. Hər bir şəxsin, siyasi təşkilatın, partiyanın sərbəst toplaşmaq, azadlıq funkisyasını yerinə yetirmək hüququ var. İki tərəf də mitinq keçirmək istəyir. Hər biri əsaslandırmaq istəyir ki, bunun mitinqi daha önəmlidir, o biri deyir mənim keçirəcəyim mitinq bundan da önəmlidir. Yəni, insanları dəvət edirlər. Təbii ki, təmsil olunan qüvvələr arasında 20 ildən artıq mübarizə gedir. Bugünkü məsələ deyil. Aralarında həmişə rəqabət olub. Hər halda özləri bilər, özləri ayırd edərlər. Biz belə məsələlərə qarışmırıq.” 





Deputat Fazil Mustafa: "Açığı bu məsləyə bizim müdaxiləmiz doğru deyil. Bunlar tam mədəni səviyyədə müzakirələr olmalıdır. Bir-birini incidəcək, yaxud da siyasətin etikasını pozacaq addımlar olmamalıdır. Hərənin öz üslubu var. Mən bu üsulu mənimsəmirəm. Hesab edirəm ki, siaysətdə artıq bu kimi məslələrə diqqət yetirmək lazımdır. Bu cür formada münasibətlər müasir cəmiyyətimizdə olmamalıdır, bu yaxşı hal deyil.”






Müasir Müsavat Partyiasının rəhbəri Hafiz Hacıyev: "Bu dünyada Əli Kərimli kimi satqın adam yoxdu. Taylı-tayını tapar. Yarış keçirirlər ki, görək xaricdən kim yüksək qrant alacaq. Onlar hakimiyyətin daxilində müəyyən klanlara məxsus adamlardır. İmkan vermək istəmirlər ki, Azərbaycanda sağlam fikirli müxafilət yaransın. Ölkədə dövlət çevrilişi keçirmək istəyirlər, gərginlik yaratmaq istəyirlər. İstəyirlər ki, ölkədəki bütün qüvvələri prezidentin üzərinə qaldırsınlar. Bu, prezidentə xəyanət uğrunda bir yarışdır, kim çox xəyanət edəcək deyə.”




Azərbaycan İslam Demokrat Partiyasının sədri (AİDP) Tahir Abbaslı: "İdeologiya üzərində qurulmayan hər hansı siyasi mübarəızənin sonu belə ixtilaflara səbəb olur. Baxın 100 il öncə Milli Demokratlarımız az vaxtda çox nailiyyətlərə səbəbini araşdırsaq görərik ki, Milli ideologiya daşıyıcıları mili və dövlət maraqlarının hesabına sönməz enerji ilə qat qat zalım düşmənlərə qalib gəliblər və Milli Demokratik dövlətimizi qurmuşdular. Bəs bu gün nələr baş verir? Nədən müxalifət düşərgəsi hərəsi özfəaliyyət dərnəyi kimi ixtilaflara düçar olub, ciddi qarşıdurmalar yaratmaqla özlərinin və cəmiyyətin taleyi ilə oynayırlar. Ya bunlar özlərini və milləti dəyərləndirmirlər ya da Milli ideologiyanı.

Cəmiyyət gələcək müqədaratlarını liderlərə bağlamaqla nail olmaq istəyirlər. Liderlər isə oz növbəsində şəxsii, partiya, hərəkat və qurumlar maddi maraqlarına üstünlük verdiklərindən qarşıdurma yaradılması labüddür. Hətta nəinki, Milli Şura və Musavat qarşıdurmasə bütövlükdə əksəriyyət insanlarımızı ambisiyaların, təkəbbürlüyün təsirindən dağıdıcılıq qaçılmazdır.

İslam belə görüntüləri bəyənmir. Hətta tanıtdırıqları mənəvi müqəddəs şəxsiyyətləri yol kənarında duran istiqamətverici funksuyasını yetirən kimi təqdim edir."