adalet.az header logo
  • Bakı 20°C
03 Aprel 2019 17:27
13526
ƏDƏBİYYAT
A- A+

İnkluziv təhsil və gözləntilərimiz

İnklüziv təhsil nədir? Onun cəmiyyətdə rolu və cəmiyyətin bu yeni terminə adaptasiyası necədir?

İnklüziv təhsil ümumi təhsilin inkişaf prosesidir.Təhsilin bütün uşaqların müxtəlif ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını özündə ehtiva edir. İnklüziv təhsil (fr. inclusif "özünə daxil edən", lat. include - "daxil edirəm") özünə daxil edən deməkdir. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunmasını əsasən təmin edir. Benəlxalq statistikaya əsasən bir sinifdə sağlam uşaqlarla bərabər, xüsusi qayğıya ehtiyacı olan uşaqların sayı 5-10% olmalıdır.Bəs bu proses ölkəmizdə bu gün hansı formadadır? Əlbəttdə, bu gün ölkəmizdə və təhsilimizdə gedən ugurlu islahatların bu sahədə də töhfə verdiyinin şahidiyik. Azərbaycanda "İnklüziv təhsil layihəsinin” icrasına 2005-ci ildən start verilmişdir. İnklüziv təhsilin sağlamlıq imkanları məhdud uşaqların kollektivə uyğunlaşmasında, cəmiyyətə inteqrasiyasında, özünə güvən hissinin güclənməsində, bərabər hüquqlu şəxsiyyət kimi formalaşmasında və cəmiyyətdə özlərini sübut etməsində cox gözəl faydaları vardır.

Diskriminasiyadan yaxa qurtarmaq üçün bu prosesi ilk əvvəl ailədən və təhsildən başlamaq lazımdır. Azərbaycanda artıq 75 min saglamlıq məhdudiyyəti məhdud olan uşaqlar vardır. Onlardan yalnız 12 min uşaq təhsilə cəlb olunmuşdur, onların da böyük əksəriyyəti fərdi təhsilə və ya xüsusi məktəblərə cəlb olunmuşdur. Əgər ilkin olaraq bu ailələrlə söhbətlər aparılsa və o, uşaqların ən azından müəyyən bir qismini cəmiyyətə adaptasiya edə bilsək biz artıq bu sahədə müsbət nəticələr əldə etmiş olarıq. Fikirləsin ki, əyalətlərimizdə nə qədər fikiki qüsurlu uşaqlar vardır və təhsildən tam olaraq təcriddirlər. Bu gün cəmiyyətimizin İnklüziv təhsil sahəsində maariflənməsinə böyük ehtiyac vardır. "SİM uşaq problemdir” fikrini insanların beynindən silmək lazımdır.Onlar da cəmiyyətin eyni hüquqlu vətəndaşlarıdır. Sadəcə bir az fərqlidirlər. Bax, bu gunumuzdə bu şüarı əldə tutmalıyıq.

Artiq tibbi modeldən sosial modelə kecmək və insanları buna adaptasiya etməyin zamanıdır.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili(xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanununda bütün bunlar geniş şəkildə nəzərə alınmışdır.Bu qanunun "Maddə 3. Xüsusi təhsilin məqsədi” bölməsində xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərin zəruri bilik, bacarıq və vərdişlərini artırmaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət vərdişinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir.

Sağlamlıq imkanları məhdud uşaqların ümumitəhsil məktəblərində təhsili bir çox ölkələrin, eləcə də Azərbaycanın cəlb olunduğu İnklüziv təhsil sisteminin qanunauyğun inkişaf mərhələsidir. Bu inkişaf sxematik olaraq 4 mərhələdən keçmişdir: Diskriminasiya, seqreqasiya, inteqrasiya: inklüziya.

Bizim bu günümüzdə ən cox diqqət yönəltdiyimiz İnklüziv təhsil formasıdır.Və bu sahə üzrə ölkəmizdə cox gözəl layihəyə imza atılmişdır. Artıq Heydər Əliyev fondunun, UNİSEF və "Regiyonların İnkisafı” İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Müəllimlərin İnklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin təlim proqramına start verilib. Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq cərcivəsində atılan bu addım ümid edirik ki ölkəmizdə İnklüziv təhsilə insanların marağınını daha çox cəlb edəcəkdir.İlkin olaraq Layihənin təlimlərinə Bakı, Gəncə, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından seçilmiş 51 ali məktəb müəllimi cəlb olunmuşdur Bu işdə hər hansı bir müvəffəqiyyət əldə etmək üçün əsasən maarifləndirmə siyasətini həyata keçirməliyik. İnanırıq ki, biz basqa sahələrdə oldugu kimi, bu sahədə də dönüş edə biləcəyik. Fərqli, lakin bərabər olan fərdləri də cəmiyyətin aktiv hissəsinə cevirəcəyik.