adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Aprel 2019 16:43
12642
ELM VƏ TƏHSİL
A- A+

“İnsanın Başlanğıc Nöqtəsi” fərdi layihəsi davam edir

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutan XI qrant müsabiqəsinin qalibi Nuray Kərimovanın "İnsanın Başlanğıc Nöqtəsi” fərdi layihəsi davam edir.

"İnsanın Başlanğıc Nöqtəsi” layihəsinin əsas məqsədi rəssamlıqla məşğul olan, bu sənəti dərindən öyrənmək istəyən yaradıcı gənclərə rəssamlığın ən vacib forması olan insan formasını lap başlanğıcından sonuna kimi yəni, sıfırdan öyrətməkdir. Hər bir sənətkar bütün yaradıcılıq yolu boyunca ən çox insan fiqurundan istifadə edir ve dayanmadan bu fiqurdan ibarət kompozisiyalara müraciət edəcəkdir.

Layihənin 1-ci günü layihə iştirakçıları insanın quruluşu, ölçü nisbəti və forma plastikası haqqında geniş məlumat əldə ediblər. təlimçi Toğrul Ağayev insanın bəşəriyyətin ən mükəmməl quruluşa malik canlısı olması haqqında fikirlərini səsləndirib. O qeyd edib ki, insan amili istər bədən və üzün ölçü nisbəti, istər daim hərəkətdə olan forması, istərsə də gözəl quruluşu ilə daim rəssamlar ve şairlərin ilham mənbəyi, əsərlərinin ilkin mövzusu, siması olub. Toğrul Ağayev insan anatomiyası haqqında danışarkən bildirib ki, hər bir rəssamın bunu bilməsi əsas amillərdəndir.