adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Aprel 2019 13:34
16313
ELM VƏ TƏHSİL
A- A+

Layihə sona çatdı

Gənclər Fondunun dəstəyi ilə keçirilən innovativ Data SoCool-Data Analitikasının tədrisi layihəsi uğurla yekunlaşıb.

Azərbaycan Gənclər Fondunun XI Qrant Müsabiqəsinin C kateqoriyası üzrə qalibi olan Aytac Aliyevanın innovativ Data SoCool- Data Analitikasının tədrisi layihəsi başa çatıb.

Məqsədi data analitikası istiqamətində karyera qurmaq istəyən gənclərdə bu sahə mütəxəssisi olaraq yetişmələri üçün lazımi səriştələrin formalaşdırılması olan Layihə çərçivəsində gələcəkdə Data(Biznes) Analist olmaq istəyən 2 mərhələ ilə seçilmiş 30 nəfərə iş dünyasında istifadə olunan Excel, Power BI, SPSS və Tableau proqramları üzrə bilik və bacarıqlar öyrədilib. Dörd həftə davam edən layihə çərçivəsində təcrübəli mütəxəssislər tərəfindən analitika proqramları tam praktiki şəkildə tədris olunub. Hər biri 3 saat davam edən dərslərdə iştirakçılar real datalar üzərində iş dünyasında sıx sıx istifadə olunan analizlərin aparılmasını, dahsboardların qurulmasını öyrəniblər. Həmçinin, ev tapşırıqları ilə, müxtəlif araşdırmalar ilə bacarıqlarını təkmilləşdiriblər.

Həmçinin, layihə müddətində iştirakçılarla müxtəlif qurumların mütəxəssisləri ilə görüşlər təşkil olunmuşdur.

Data SoCool layihəsi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Microsoft Azərbaycanın, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin, "ASAN Kadr" Karyera Mərkəzinin, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin və Buqelemun Portalının dəstəyi ilə həyata keçirilir.

Məlumat üçün qeyd edək ki, Data Analitikası dünyada yeni yaranmış sahədir və Data SoCool layihəsi Data Analitikasının ölkəmizdə inkişafı üçün reallaşdırılan ilk sosial layihədir.

Layihəni sosial mediada izləyərək daha yaxından tanış ola bilərsiniz:
https://www.facebook.com/datasocool/
https://www.linkedin.com/company/data-socool/