Faiq QİSMƏTOĞLU: ONLAR DİLƏNÇİ DEYİLLƏR

FAİQ QİSMƏTOĞLU
41945 | 2019-04-03 15:12

... Cavan bir oğlan gitaranı sinəsinə sıxıb çox gözəl bir mahnı ifa edir;həm gitarada çalır, həm də oxuyur. İstər-istəməz yoldan keçənlər ayaq saxlayıb onaqulaq asır. Və o da heç nə olmayıbmış kimi barmaqlarını gitaranın simləri üstündəgəzdirir və ətrafa gözəl bir musiqi yayılır.Bu gözəlliyin içində onun məlahətli səsi də insanın qəlbinə və ruhuna birsığal çəkir...

Gitaranın qabının ağzını açıq qoyub. Gəlib-gedənlər ora pul atırlar. Oda nə pula baxır, nə də gəlib gedənlərə. Öz dünyasındadır. Gözəl bir xalq mahnısısəsləndirir: "Küçələrə su səpmişəm”. O mahnının arxasınca isə "Ay bəri bax, bəribax” mahnısını ifa eləyir. Sanki çox peşəkar və təcrübəli bir musiqiçi təsiri bağışlayır.Musiqi savadım olmasa da, kifayət qədər musiqi duyumum var. Onun həm gitarada ifaetdiyi musiqilər, həm də oxuduğu mahnılar hər gün televiziya kanallarında gözümüzümazol eləyən çox müğənnilərdən daha məlahətli, daha yaddaqalandı.

... O oğlanı həmişə "Sahil” metrosundan çıxıb bulvara gedəndə yeraltıkeçiddə görürəm. Tək gitarada elə ifa edir ki, sanki bir orkestr çalır. Oxuduğumahnıların məlahəti və şirinliyi isə başqa cürdür. Yenidən gözəl bir mahnı səsləndirir.Ayaq saxlayıb diqqətlə Cahangir Cahangirovun bəstələdiyi mahnıya hakim kəsilirəmvə əlimi cibimə salıb bir manat pulu gitaranınqabına atıram. Mahnı qutarandan sonra bir-iki dəqiqə söhbətə tuturam.


- Barmaqların və səsin əvəzsizdir...

- Deyirsiniz caldığım və oxuduğum mahnılar xoşunuza gəlir?

- Bəs xoşuma gəlməsə ayaq saxlayıb qulaq asardım? Özü də bir simdə çalmırsaney, bir neçə simdə çalırsan...

- Siz musiqiçisiniz?

- Yox, musiqiçi deyiləm. Amma musiqidən az-çox başım çıxır.

- Nə yaxşı sizin kimi musiqiyə dəyər verənlər var. Bura vaxtım olandagəlirəm və heç kəsdən də heç nə ummuram. Bir də görürəm ki, gitaranın qabında xeylipul var...

- Bəs gitarada belə gözəl çalırsınızsa, niyə toylara getmirsiniz? Axıtoylarda yaxşı pul var.

- Sözün düzü, toyda da bayağı musiqiləri daha çox sifariş eləyirlər. Məndə ürəyim istəmədiyi musiqini çalıb oxuya bilmirəm. Bir bala nastroyeniyam olandagəlib burda gözümün qurdunu öldürürəm. Musiqini başa düşən, dəyər verən arif adamlarda var. Bax, onların hesabına mənim kimi adamlar dolana bilirlər.

- Birdən kimsə gəlib sizi burdan uzaqlaşdıra bilər...

- Elə hallar da olur. Amma biz dilənçi deyilik, abırlı adamlarıq. Deyirlərki, olmaz, çıxıb gedib başqa yerdə işimizi görürük. Ancaq əksəriyyət bizi çox istəyirvə sənətimizə qiymət verirlər. Mən də ən çox xalq və bəstəkar mahnılarını ifa eləyirəm. Həmişəbura gəlmirəm ki. Dostlarımızın, tanışlarımızın ad günlərində, tədbirlərində ürəyimiziboşaldırıq. Həm ürəyimiz boşalır, həm də yaxşı dostlar bizi mükafatlandırır.

Bakıda bu cür təmənnasız və heç kəsdən heç nə ummayan kifayət qədər istedadlımusiqiçilər var. Bu musiqiçilər Bakının mərkəzi yerlərində, məsələn "Tarqovuda”,dənizkənarı parkda, İçərişəhərdə, müxtəlif metrostansiyalarının içərisində və çıxışındaolurlar.

Bir dəfə metronun "Gənclik” stansiyasında gözdən əlil bir xanım gördüm.O, həm kamançada çalırdı, həm də gözəl xalq, bəstəkar mahnıları oxuyurdu. Özü dəbir neçə dəfə televiziya kanallarında onun çıxışını dinləmişdim. Həm metroda, həmdə televiziyada bu xanımın çıxışını dinləyəndən sonra onun çalğısına da, məlahətlisəsinə də heyran qalmışdım. Ancaq təəssüfləndim. Təəssüfləndim ki, bu cür istedadlıxanım layiqincə öz sənətinin qiymətini almayıb, amma musiqidən və sənətdən xəbəriolmayanlar hər gün efirlərdə meydan sulayıb, özlərini reklam etdirib qaz vurub qazandoldururlar. Axı bizim millət də istedada və sənətə yox, reklama, görüntüyə dahaçox pul verir. Məsələn, toya o adamı aparırlar ki, hər gün efirlərdə o kanal, bukanal deyib özünü göstərir. Camaat da bu efir görüntüsünə aldanıb bir ətək pul veribonları toya aparır. Ay başınıza dönüm, səsi olmayan, fonoqrama oxuyan müğənninino dəqiqə zibilinin üstü açılır. Bu da gec olur. Çünki həmin müğənnilər toya getməmişdənəvvəl qiyməti danışırlar, beh alırlar, sonra da toy yiyəsi onun pulunu kəssə birhay-həşir qoparırlar ki, gəl görəsən! Və toy yiyəsi də abrına qısılıb o dediyi puluverir...

Elə camaatı da aldadan müxtəlif televiziya kanallarında səsi və sənətiolmayan müğənnilərin at oynatmasıdı. Səsi və sənəti olanların isə pulları yoxdurki, televiziya kanallarına verib özlərini tanıtsınlar. Amma vallah, mənim gördüyümküçədə gitara çalan, oxuyan, kamança çalıb xalq mahnılarını səsləndirən o abırlıinsanlar min dəfə efirlərdə hər gün görünən müğənnilərdən istedadlıdır və sənətlərivar. Çox təəssüf ki, belə insanlara dəyər verən tapılmır və hətta küçədə çalıb oxuduğunagörə çoxları onlara dilənçi kimi baxır...

Metronun "Xalqlar dostluğu” stansiyaslından çıxanda bir uşağın tez-teztütək çaldığını görürəm. O də gözəl tütək çalır və o tütəyin səsi adamın sümüyünəqədər işləyir və səni götürüb aparır heç vaxt gedə və görə bilmədiyin yerlərə. Ouşaq da tütək çaldığı yerdə papağını qoyur və bu papağa da pul atılır. Ancaq metroişçilərindən bəziləri gəlib o uşağın papağına bir təpik vurur və özünü də ordanqovur. Uşaq da papağını götürür, qəpik-quruşları cibinə yığıb ağlamsına-ağlamsınaordan uzaqlaşır...

Avropa ölkələrində də küçələrdə istedadlı musiqiçilər gitarada çalır,mahnı oxuyurlar. Amma heç bir avropalı onlara yuxarıdan aşağı baxmır. Əksinə, sevgiyləyanaşır, gözəl ifaya görə pul verir və hətta musiqi ləzzət elədiyinə görə, təşəkkürdə edirlər. Yəni o adamların ləyaqətini, şərəfini, qürurunu gəlib-gedənlər alçaltmırlar.

Əksinə, onlar insanlardan sevgi görürlər, məhəbbət görürlər, nəvaziş hissedirlər. Onlara heç kəs dilənçi gözüylə baxmır, istedadlı və yaxşı sənət adamı kimidəyərləndirirlər. Bəs onda bizdə niyə belədir? Biz niyə belə istedadlı adamlara qiymət verməyi bacarmırıq?Qiymət vermək əvəzinə gözəl tütək çalanın papağına təpik vurur, özünü də ordan qovuruq.Bu insanlıqdırmı?

Və bu həmin adamların mənəviyyatını, iç dünyasını ləkələmək demək deyilımi?Mədəniyyət Nazirliyi belə istedadlı insanlara sahib çıxmalı, onlara arxa durmalıdır.Biz insanlar isə gözəl gitara calan, kamançada ifa edən, tütəkdə içimizə və qəlbimizəişıq gətirən o sənət adamlarına sevgiylə yanaşmalıyıq. Onların musiqi alətlərininqabının içərisinə pul atmasaq da, papağına pul qoymasaq da heç olmasa təpik də vurmayaq.Çünki o insanlar adi insanlar deyillər, istedadlı və özünə güvənən adamlardılar...


TƏQVİM / ARXİV