adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Aprel 2019 14:56
15668
DÜNYA
A- A+

KİŞİ SÖZÜNÜ YEYİNCƏ…

ABŞ Türkiyə ilə müqavilə bağlamışdı ki, ona F-35 qırıcılarını satacaq. Artıq ikisinin də pulunu almışdı. Və türk pilotları da ABŞ-ın hərbi bazalarında həmin təyyarələri öyrənir və sınaq uçuşları keçirirdilər. Türkiyə Rusiyadan S-400 zenit qurğularını almaqla bağlı müqavilə imzalayandan sonra dünyanın bir nömrəli «vor zakonu» dəbbələməyə başladı. Və Senat qərar çıxartdı ki, Türkiyəyə F-35 qırıcılarının satışı qardaş ölkənin Rusiya ilə bağladığı müqavilə ləğv olunanadək qadağan edilsin. Və pilotları da göndərdilər geri.

Onu da qeyd edək ki, Türkiyə əvvəlcə, özü də NATO-nun üzvü ola-ola, ABŞ-a müraciət eləmişdi ki, hava hücumlarından müdafiə üçün onlara «Patriot» raketləri satsın. Onlar da rədd cavabı vermişdi.