GÜNÜN LƏTİFƏSİ
ABŞ, Almaniya və Azərbaycanın təhsil nazirləri bir beynəlxalq konfransda dərdləşirlər.
ABŞ naziri deyir:
- Mən müəllimlərimə ayda 5 000 dollar maaş verirəm. Təxminən 1000 dollara dolana bilirlər. Qalanını necə xərcləyirlər, özləri bilərlər, heç vaxt bir şey soruşmaram.
Almaniyalı nazir:
- Mən müəllimlərimə ayda 3500 avro maaş verirəm. Təxminən 8-9 yüz avroya dolana bilirlər. Qalanını necə xərcləyirlər, özləri bilərlər, heç vaxt bir şey soruşmaram.
Azərbaycanlı nazir:
- Mən müəllimlərimə ayda 150 manat maaş verirəm. Aya təxminən 8-9 yüz manata dolana bilirlər. Qalanını necə tapırlar, özləri bilərlər, heç vaxt bir şey soruşmaram.