adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Aprel 2019 10:33
8685
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: SƏNSƏN, ƏBÜLFƏT...

Yaxınları, uzaqları bilinən
Dodaqları ad çəkməklə ilinən...
Kirpikləri təbəssümlə silinən -
sənsən, Əbülfət!

Gecəsinə ağrı, acı, dərd sıxan
Gündüzünə göz qırpmadan dərd yığan
Həsrətinə - dözümündə mərd çıxan -
sənsən, Əbülfət!

Səsi batan, bəxti yatan bir aşiq,
Pir olubdu sevgisinə , PİR aşiq!
Bu dünyada Məcnun kimi sirr aşiq -
sənsən, Əbülfət!

İç dünyanı çöl dünyana üyütmə
Kədərini çox da öyüb böyütmə...
Sevib haqla, yaşayan da öyüdlə -
sənsən, Əbülfət!