adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Televiziyaya, sosial şəbəkələrə qadağa qoymaqla düzələcəkmi? - Eminquey yazır

EMİNQUEY AKİF
51819 | 2019-04-02 15:29

Tamaşa davam edir.

Uzun-uzadı davam edənseriallar kimidir bizim gündəmimiz.

Həfətədə bir yeni qəhrəman gəlir,oynayır, söyülür, alqışlanır, gedir.

Baş sındırırıq, boy-boystatuslar, yazılar yazırıq ki, görəsən, günah kimdədir?

Biri deyir, bayağılığı,narkotiki təbliğ etmək olmaz, biri deyir, kiminsə musiqi zövqünə qarışmaqolmaz, biri deyir, əxlaqsızlıqdır, o biri də deyir, azadlıqdır.

Biri deyir, Maykl Cekson danarkotik istifadəçisi idi, onu da tutaydılar?

Biri deyir, Afət Fərmanqızınınazad seçimi var ki, Nəsimin qəzəlini oxusun.

Və sairətən və ilaxırətən...

Bir gənc kimi bir-iki söz dəmən yazım, oxuyun, inciyərəm.

Tarkan dəfələrlə narkotikəgörə saxlanılıb, amma onun mahnılarında bunu təbliğ edən bir zad da yoxdur.

"İron man” filminin baş qəhrəmanıRobert Dovney də 3 il türmə həyatı yaşamışdı narkotikə görə. Narkotiki təbliğedirdi ki?

Vitney Hyuston ömrü boyunarkotik alüdəçisi olub, elə bu səbəbdən də dünyasını dəyişib. Amma narkotiki təbliğedirdimi?

Siyahı boldur, bol.

Məsələn, bir çox müğənnilərimiz,şairlərimiz, yazıçılarımı, rəssamlarımız haqqında bu söhbətlər yayılır. Deyilirki, guya onlardan bəziləri narkotiksiz yarada bilmirlər. Bəs, onlar bunu təbliğedirmi?

Bəs, yaxşı, doğrudan dakimdir günahkar? Əvvəl-axır bu sualın cavabı tapılacaq, ya yox?

Nə televiziyaya, nə də sosialşəbəkələrə qadağa qoymaqla düzələcəkmi? Bəs, qıraq-bucaqda? Gündəlik yaşayış tərzində?Toyda, taksidə, avtobusda?

Bu gün zövqlülükdən dəm vuranadamların əksəriyyəti toyda 200 qram araq vurandan sonra lap mərsiyəyə dəoynayırlar. Efirdən yığışdırdın, xub, sosial şəbəklər də qadağa olundu, xub, bəstoyda? Camaatın toyuna da qarışacaqlar? İnsanlar öz toylarında da olsa bumahnılara oynayacaqlar, qulaq asacaqlar, ya yox? Sovet görmüş adamlardeyildimi, efirə ara mahnıları oxuduğu üçün qadağası olan Məmmədbağırı toyunaçağırıb oxutduran?

Bu gün taksilər deyilmi obayağı mahnıların ən çox meydan suladığı yer? Bu gün avtobuslarda "oğrulardünyası”, "nəşə” qoxusu verən mahnıların müşaiətilə sərnişin daşınmırmı? Şəxsənmən bir neçə avtobusda bu cür hallarla rastlaşmışam. O vaxt heç kim bu cürmahnının avtobusda oxunmağına etiraz etməyib. Özüm bir dəfə etiraz etmişəm,onda da hay-küy, dava.

Bu dəqiqə ən böyük sosial şəbəkəelə bu sadaladığım yerlərdir. Bu mahnılar elə bu yerdəncə şəhəri adam-adam, küçə-küçəşəhəri dolaşır, yayılır.

Yaxşı, küçədən girək evimiziniçinə.

Nə vaxt hansısa ata, anaövladını da yanına vurub bir zövqlü musiqiyə, filmə baxıb? Hər işdə övladınınseçiminə qarışan valideynlər niyə övladlarının bu seçimlərinə təsir göstərmirlər?Ümumiyyətlə, sualı belə qoysam daha düz olar. Heç onların musiqi zövqü varmı?Övladına təhsil al deyəndə "yaxşı iş, yaxşı pul qazanmaq” prinsipini uca tutanvalideynlərin umrundadırmı övladlarının musiqi zövqü, film zövqü, ədəbiyyatzövqü?

Bir vaxtlar ANS-in "Toylarkralı”, "De gəlsin”, "Toy olsun” kimi verilişlərinə pəh-pəhlə baxan, smsyollayan, pul dağıdan adamlar deyilmi onlar? ANS deyilmi televiziyaya bu xəstəliyiyoluxduran?

İndi nəyi və kimi günahkarçıxarırsınız?

O lüt qızlara haqqqazandırırsınız, başa düşürəm, fahişəlik də onların işidir. Onlar üçün dəazadlıq anlayışı odur. Amma siz görmədinizmi, o qızlardan biri "eləmişəm, əccəbeləmişəm” deyə özünə haqq qazandırdı? Axı biz onların əxlaqsızlığına yox, onuntəbliğinə etiraz edirik və etməliyik...

Hamımız xəstələnəndə türkəçarələrlə keçinib ölənə yaxın həkimə getmirikmi? İndi bu cəmiyyət də bizimtaleyimizi yaşamırmı? Ölənə yaxın nəyi düzəltməyə çalışırıq?

Xülasə: bu fikrimə görə məniqınamayın, əlimizdəki baltaları yerə qoymağın, təslim olmağın vaxtıdır, əgərbir yol yoxdursa. Biz üzü ta Sovet dövründən tutmuş bu durumu yaşayırıq. Sadəcəindi senzura yoxdur, texnologiya inkişaf edib, daha sürətlə yayılır bubayağılıq, daha sürətlə yayılıb bu biabırçı gündəm mövzular.

Sovetin mənfi cəhətləri məlum.Amma yenə oturub-durub şükür eləmək lazımdır ki, onun sərt senzurası bizim ayıblarımızıört-basdır etmişdi. Çox təəssüf ki, azadlıq bizi öz mahiyyətimizə qovuşdurdu.

Atam mənə deyərdi ki, biz çoxçətinliklər görmüşük o vaxtlar. Mən sənə heç bir çətinlik yaşatmaram. Qoymaramnədəsə çətinlik çəkəsən. Görünür, eyni prinsip burda da işləyir. Valideynlər,televiziyalar və digərləri gənc nəslə qadağa qoymaq, çətinlik yaratmaq istəmirlər.Sağ olsunlar! Amma mən bir şeyi qeyd etmək istəyirəm. Çoxunun bəyənmədiyi İslamdininin azadlıq fəlsəfəsi budur:

Azadlıq – hər istədyini etməkyox, hər istədiyini etməməkdir. Yəni nəfsinə qalib gəlmək bizim ruhumuzuazadlığa çıxarır.

İndi siz deyin, hər istədiyimizetmək bizə xeyir qazandırıb, yoxsa etməmək?

Lazımdırmı belə azadlıq?

TƏQVİM / ARXİV